Rus ordusu HIMARS sistemlərini vurub? - Ukrayna Silahlı Qüvvələrindən rəsmi açıqlama

7-07-2022, 00:11           
Rus ordusu HIMARS sistemlərini vurub? -
"Rus təbliğatçıları ABŞ-ın Ukrayna ordusuna göndərdiyi uzaq məsafələrdəki hədəfləri dəqiqliklə vura bilən HIMARS artilleriya sistemlərini məhv etməsi barədə xəbərlər tirajlayırlar. Nəzərə çatdırırıq ki, bu cür xəbərlərin heç bir əsası yoxdur və yalandır".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Amerikalı tərəfdaşlar tərəfindən verilən HIMARS sistemləri daim strateji əhəmiyyətli düşmən mövqelərinə sarsıdıcı zərbə endirir, nəticədə işğalçı qoşunların texnika, heyət və təchizatı böyük itkilər verir. Yalnız təsdiqlənmiş mənbələrə etibar edin və bizə inanın!", - deyə məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru