Rusiya Ukraynanın bu istiqamətlərində hava hücumuna başlayıb

8-07-2022, 10:38           
Rusiya Ukraynanın bu istiqamətlərində hava hücumuna başlayıb
“Siversk istiqamətində Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətini raket artilleriyasından və minaatanlardan atəşə tutub. Onlar Xarkov istiqamətində isə müdafiə əməliyyatlarını davam etdirirlər”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Düşmən bir çox əraziləri artilleriyadan atəşə tutub. Petrivka yaxınlığında hava hücumu olub. Ukrayna hərbçiləri qarşı tərəfin Dementivka istiqamətində hücum cəhdini qətiyyətlə dəf ediblər. Boqorodiçne rayonunda düşmən növbəti hücum cəhdi zamanı itki verərək geri çəkilib. Baxmut istiqmətində düşmən bəzi ərazilərdə yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Veselaya Dolina istiqamətində və Spirne qəsəbəsi ərazisində irəliləyir: “Qarşı tərəf Vasilivka, Avdiivka, Novoselivka yaxınlığında hava hücumlarına başlayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru