Daha bir vətəndaşımız İranda həbs olundu: Casus ittihamı - Belə davam edərsə...

5-06-2023, 15:45           
Daha bir vətəndaşımız İranda həbs olundu:
Təxminən 2 il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.

TEREF.AZ-ın məlumatına görə, Musavat.com “Güney Azərbaycan” teleqram kanalına istinadən xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. O, təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin Həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb.

Yusifova təkrar dindirilmə prosesi bitdikdən sonra Evin həbsxanasının qadınlar şöbəsinə göndərilib.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub.

Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan da məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.