Rusiyanın itkiləri kəskin artdı – Bir günə yüzlərlə hərbçisi məhv edildi

6-06-2023, 13:45           
Rusiyanın itkiləri kəskin artdı –
Rusiya ordusunun Ukraynada gündəlik itkiləri kəskin şəkildə artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutka ərzində rus ordusu 800-ə yaxın hərbçisini itirib. Əvvəlki gün isə bu rəqəm təxminən 400 olub.

Ümumilikdə, ötən ilin fevralın 24-dən bəri Rusiya Ukraynada 211 150 hərbçisini itirib.

Rusiyanın döyüş texnikalarında da itkiləri artıb. Gün ərzində rusların 12 tankı, 20 zirehli döyüş texnikası, 36 artilleriya sistemi, 6 yaylım atəşi sistemi, 2 hava hücumundan müdafiə sistemi, 1 helikopteri, 23 PUA-sı, 35 qanadlı raketi, 20 nəqliyyat vasitəsi və yük maşını, eləcə də 5 xüsusi texnikası məhv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.