Kiyevlilər BMT-nin avtomobillərini rənglədilər - FOTO

8-06-2023, 12:54           
Kiyevlilər BMT-nin avtomobillərini rənglədilər - FOTO
Ukraynanın paytaxtı Kiyevdə BMT əməkdaşlarının xidməti avtomobilləri rənglənib.

Yerli sakinlər bu aksiyanı təşkilatın ötən gün Kaxovka Su Elektrik Stansiyasında törədilən hücuma biganə münasibət göstərməsinə etiraz əlaməti olaraq həyata keçiriblər.

Kiyevlilər BMT missiyası avtomobillərinin üzərindəki U hərfinin arxasına “seless” yazaraq (useless ingilis dilindən tərcümədə “faydasız”, “gərəksiz” mənasını verir - red.) təşkilatın SES-də baş vermiş hadisəyə laqeyd münasibətinə etiraz ediblər.



Mənbə: Unian












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.