Şahzadə Harri Amerika vizasından məhrum ola bilər

8-06-2023, 13:14           
Şahzadə Harri Amerika vizasından məhrum ola bilər
ABŞ hakimiyyəti Şahzadə Harrinin Amerika vizasını yoxlayacaq.

“İrs” Fondu ABŞ hökumətinə Böyük Britaniya kralının kiçik oğlunun Amerika vizası üçün müraciətinin yenidən baxılmasından ötrü müraciət edib. Buna səbəb Böyük Britaniya kralının kiçik oğlu Şahzadə Harrinin “Spare” (“Ehtiyat”) adlı xatirələrindəki açıqlamaları olub.

Şahzadə memuarlarında anası Şahzadə Diananın ölümündən sonra çox içdiyini, kokain və hallüsinogen göbələklərdən istifadə etdiyin bildirib.

Bu, vizadan imtina üçün əsas ola bilər. Federal hakim bunu müəyyən etmək üçün nazirliyə bir həftə vaxt verib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.