Pentaqon Ukraynaya əlavə 2 milyardlıq hərbi yardım edəcək

9-06-2023, 09:32           
Pentaqon Ukraynaya əlavə 2 milyardlıq hərbi yardım edəcək
Pentaqon bu gün Ukraynaya 2 milyard dollardan çox dəyərində hava hücumundan müdafiə sursatları da daxil olmaqla yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb. Qeyd olunub ki, söhbət "Hawk" zenit kompleksi üçün buraxılış qurğuları və raketlərin, "Patriot" hava hücumundan müdafiə sistemi üçün iki növ qabaqcıl raketlərin alınması üçün vəsaitin ayrılmasından gedir.

Bir çox amerikalı ekspertlər daha əvvəl bəyan ediblər ki, Ukraynaya artıq 36 milyard dolları keçmiş hərbi yardım ABŞ Silahlı Qüvvələrinin ehtiyatlarını xeyli tükəndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.