“Tərtər işi” və “Gəncə işi”nə “Nərmin işi” də əlavə edildi” - deputat
9-06-2023, 15:46

“Ötən günlərdə Tovuzda azyaşlı qıza qarş törədilmiş dəhşətli, ağır cinayətə hüquqi qiymətləndirmə edildi. Komitə sədri kimi şəxsən çıxarılmış hökm məni tam inandırmadı. Çünki “Tərtə işi”, “Gəncə işi” kimi kodlaşdırılıb bu cür qəhrəman şəhərlərimizin adına hüquq məsələsini qoşaraq informasiya məkanını qərəzli və ya qanunsuz işə “Nərmin işi”ni də əlavə edib hüquq, ədliyyə, məhkəmə sistemi üzərində hücüm silahı yaradan qüvvələr istəklərinə nail oldular. O mənada ki, çıxarılmış qərar nə cəmiyyətin, nə günahlandırılan şəxsin ailə üzvlərinin, nə də bizləri sona qədər qane etdi. Nə üçün bunlar baş verməlidir?”
TEREF.AZ bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc deyib.
O bildirib ki, ölkənin hazırda regional və beynəlxalq miqyasda həlledici addımlar atdığı bir dönəmdə hüquq məsələlərində yanlışlar etmək olmaz:
“Bundan küsən, inciyən, xəyalları qırılan adamlar ən yaxşı halda rəqib tərəfinə keçirilər, bir az da hisləri onu idarə etməyəndə düşmən mövqeyində davranış göstərirlər. Buna yol verilə bilməz”.