Meşədə itkin düşmüş 4 uşaq 40 gündən sonra tapıldı

10-06-2023, 13:23           
Meşədə itkin düşmüş  4 uşaq 40 gündən sonra tapıldı
Təyyarə qəzası nəticəsində Amazon cəngəlliyində itkin düşmüş 4 uşaq, 40 gündən sonra xilas edilib.

Lent.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro məlumat yayıb.

"Bütün ölkə üçün sevindirici hadisə! 40 gün əvvəl Kolumbiya cəngəlliyində itən 4 uşaq sağ tapılıb", - prezident tvitter hesabında bildirib.

Mayın 1-də təyyarəsi qəzaya uğradıqdan sonra bacı-qardaşlar cəngəllikdə qalıb və onların valideynləri ölüb.

Qeyd edək ki, sözügedən uşaqlar may 1-də baş vermiş təyyarə qəzası nəticəsində cəngəllikdə itkin düşmüşdülər.

Qəza uşaqların valideynləri də daxil olmaqla 4 nəfərin ölümü ilə nəticələnmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.