Bu istiqamətdə ağır döyüşlər davam edir – Ukrayna

12-06-2023, 14:45           
Bu istiqamətdə ağır döyüşlər davam edir – Ukrayna
Rus hərbçiləri əsas səylərini Avdeyev, Baxmut, Marinsk və Liman istiqamətində cəmləşdirməkdə davam edir, orada ağır döyüşlər davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, son sutka ərzində bu ərazilərdə 25 döyüş olub:

“Düşmənin Avdeyevka istiqamətində hücum cəhdi uğursuz alınıb. Onlar Baxmut istiqamətində Belaya Qora və İvanovskiyə doğru irəliləməyə də uğursuz cəhd edib. Marinka yaxınlığındakı ukraynalı əsgərlər işğalçıların bütün hücumlarını dəf ediblər. Liman istiqamətində son 24 saat ərzində düşmən Beloqorovka ərazisində uğursuz hücum əməliyyatları aparır. Baxmut istiqamətində də düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd edib”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru