"Aclıq kultu" araşdırması: 613 itkin adam axtarılır
13-06-2023, 11:08

Keniya Daxili İşlər Nazirliyi, ardıcıllarının İsa ilə görüşmək üçün ölüm orucuna getdiyi təriqətlə bağlı aparılan istintaq çərçivəsində aprel ayından bu yana 264 cəsədin tapıldığını açıqlayıb.
Şərqi Afrika ölkəsi Keniyada aprel ayında ortaya çıxan və davamçılarının İsa ilə görüşmək ümidi ilə aclıqdan öldüyü iddia edilən “aclıq kultu” ilə bağlı aparılan istintaq çərçivəsində 613 itkin adamın axtarıldığı açıqlanıb.
Keniya Daxili İşlər Nazirliyi yüzlərlə hektar ərazidə aparılan axtarışlar zamanı keçən həftə daha 6 nəfərin qazıldığını, ölənlərin sayının 264-ə çatdığını açıqlayıb. Sahədə itkin düşənlərin sayı 613 nəfər olub.
Keniyada öz ardıcıllarını ölüm orucuna göndərən və onların həyatını itirməsinə səbəb olan 'aclıq kultu' ilə bağlı aparılan istintaqın başladığı gündən bu yana ümumilikdə 45 nəfər nəzarətə alınıb. Bu çərçivədə aparılan işlər çərçivəsində 95 nəfər meşədən diri-diri xilas edilib.
İsa ilə ac qalaraq görüşəcəkləri vədi ilə davamçılarını aldadan Beynəlxalq Xoş Xəbər Kilsəsinin Pastoru Pol Makkenzinin məhkəməsi də sonrakı tarixə təxirə salınıb. Həbsdə mühakimə olunan Makkenzinin ədalətli mühakimə tələbi ilə saxlandığı həbsxanada ölüm orucuna başladığı iddia edilib.
Ölənlərin cəsədləri üzərində aparılan yarılmada bəzi insanların, xüsusilə də uşaqların nəfəs ala bilmədiyi səbəbiylə öldüyü müəyyən edilib. Hadisədən sonra Keniya polisi bir çox təriqət və qruplara qarşı əməliyyat keçirib.
Haber Global