İranda hakim dairələrin xalça oğurluğu üzə çıxıb - VİDEO

14-06-2023, 08:04           
İranda hakim dairələrin xalça oğurluğu üzə çıxıb - VİDEO
Son üç həftədə İranda ölkənin mədəni irsinin talan edilməsi ilə bağlı ciddi qalmaqal yaşanır.

Belə ki, Qacarlar dövründə tikilən, Pəhləvilər dönəmində daha da genişləndirilən və sülalə üzvlərinin yaşayış yeri kimi istifadə olunan Sədabad saray kompleksindəki “Hafiziyyə” binasından 48 ədəd bahalı xalça yoxa çıxıb.

Hadisə barədə xəbərlər ziddiyyətlidir. Deyilənə görə, onları yük maşınına yığaraq aparıblar.

Qeyd edək ki, “Hafiziyyə” binası bütünlüklə İslam İnqilabının Keşikçiləri Korpusu, yəni Sepah tərəfindən qorunur. 48 nəfis xalçanın yoxa çıxması barədə ilk xəbərlərdən sonra fakt, nəhayət, təsdiqlənib, lakin bu barədə başqa heç nə aydın deyil. Onları Sədabad kompleksinin prezident administrasiyasının ixtiyarında olan və əsasən xarici qonaqların qəbulu üçün istifadə edilən “Hafiziyyə” binasından kimin və ya kimlərin götürdüyü və həmin xalçaların hara aparıldığı məlum deyil. Hətta onların yoxa çıxma vaxtı da dəqiq bilinmir.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru