Bu gün hava necə olacaq

15-06-2023, 00:02           
Bu gün hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.


Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.

Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.