Vurulan rus deputatın koordinatlarını "Vaqnerçilər" sızdırıb?

14-06-2023, 20:41           
Vurulan rus deputatın koordinatlarını "Vaqnerçilər" sızdırıb?
Vurulan rus deputatın koordinatlarını "Vaqnerçilər" sızdırıb?Kadırovun "sağ əli" olan Adam Delimxanovun yerinin koordinatları Ukrayna tərəfinə "Vaqner" PMC-nin muzdluları tərəfindən sızdırılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının komandiri Roman Venevitin deyib.
Onun sözlərinə görə, "Vaqnerçilər" Delimxanovun yeri barədə məlumatı Ukrayna kəşfiyyatına ötürüblər:
"Onlar ("Vaqnerçilər" - red.) 2006-cı ildən ordunun qida tədarükçüsü olan Priqojinin ("Vaqner"in lideri - red.) sərvət mənbələri barədə danışmaqla hədələyən Ramzan Kadırovdan qisas aldılar. Çeçenistan rəhbərinin "sağ əli" olan Adam Delimxanov artilleriya atəşindən sonra ağır vəziyyətdədir. Prioritet hədəfləri vuran Ukrayna xüsusi xidmət orqanları işləyirdi. Çox diqqətli və intensiv işləyirdilər. Təəssüf ki, itkilər çoxdur", - zabit bildirib.
Venevitin həmçinin bildirib ki, təxliyə üçün 12 təyyarə çağırılıb. Yaralılara lazımi yardım göstərilir.
Qeyd edək ki, Ukraynada gedən döyüşlərdə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun yaralanması deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru