Zərdabın İcra başçısı Lütvəli Babayev içkili vəziyyətdə xarici jurnalistlərə "ilişib" FOTOLAR

21-05-2015, 10:43           
Zərdabın İcra başçısı Lütvəli Babayev içkili vəziyyətdə xarici jurnalistlərə "ilişib" FOTOLAR
Ötən həftə Olimpiya məşəli Zərdab rayonuna aparılıb.

Məlumata görə, məşəli aparan heyətlə yanaşı, bir qrup xarici qonaq, jurnalistlər də Zərdab rayonunda olub.

Məşəl rayonu tərk edəndən sonra rayonun icra başçısı Lütfəli Babayev əcnəbi qonaqlar üçün ziyafət təşkil edib.

Bu barədə sosial şəbəkələrdə məlumat və fotogörüntlər yayılıb.

Məlumatda bildirilir ki, həmin ziyafətdə icra başçısı özü də iştirak edib və xarici jurnalistlərlə xeyli oynayıb.

teref.az Arqument az- a istinadən xəbər verir ki,əyləncə zamanı icra başçısının içkili olduğu, qonaq xanımlara qarşı həddindən artıq səmimi davrandığı, onların isə bundan rahatsız olduğu da diqqətdən yayınmayıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.