“Riyad-Farm”-ın rəhbərliyi "Bandotdel”-ə - Deyəsən onları heç "krışa"- larıda qurtara bilməyəcək

21-05-2015, 20:44           
“Riyad-Farm”-ın rəhbərliyi "Bandotdel”-ə - Deyəsən onları heç "krışa"- larıda qurtara bilməyəcək
Bir neçə gün əvvəl maliyyə fırıldağına görə dindirilən “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev yenidən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb.

teref.az AzNews.az-a istinadən xəbər verir ki, bu dəfə onların saxlanılmasına səbəb heç də Beynəlxalq Bankdan götürdükləri külli miqdarda vəsaitlə bağlı deyil. Məlumata görə, şirkət rəhbərliyinin maliyyə fırıldağı araşdırılarkən keyfiyyətsiz dərman ixracı, eləcə də vergidən yayınmaları ilə bağlı dəhşətli faktlar ortaya çıxıb və bu dəfə onlar məhz bu faktlara görə saxlanılıb. Bildirilir ki, şirkət rəhbərliyi barədə artıq cinayət işi başlanılıb, onların həbsi qaçılmazdır.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Həsən Şərifov və Aqil Quliyevin saxlanılması barədə məlumat yayılmışdı. Bildirilirdi ki, onların saxlanılmasına səbəb Beynəlxalq Bankdan götürdükləri 200 milyon dolların qaytarılmamasıdır. Sonrada həmin şəxslərin dindirildikən sonra sərbəst buraxılması barədə məlumatlar yayıldı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.