"Alfa Sığorta" şirkəti çökür, müştəriləri isə aldadır

22-05-2015, 12:06           
"Alfa Sığorta" şirkəti çökür, müştəriləri isə aldadır
"Alfa Sığorta" ASC müştəriləri aldadan şirkətlər sırasında qərarlaşıb.

Son günlər şirkətdə işçilər kütləvi şəkildə ixtisar edilir. TİA.AZ xəbər verir ki, şirkətin əməkdaşlarına ixtisarların səbəbi barədə heç bir açıqlama verilmir. "Alfa Sığorta"nın 100 faiz səhmdarı olan "Bank Technique" ASC artıq sığorta bazarını tərk etmək fikrinə düşüb. Odur ki, tezliklə təsisçinin qərarı ilə şirkətin fəaliyyətinin dayandırılacağı gözlənilir. "Alfa Sığorta"nın bazarı tərk etməsi onu müştəriləri qarşısında götürdüyü öhdəliklərdən azad etmir. Yəni sığorta şirkəti fəaliyyəti dövründə bağladığı bütün müqavilələrin müddəti başa çatana qədər baş verən sığorta hadisələrinə görə ödəniş verməlidir. ASC-nin sığorta agentlərinin bir çoxu müştərilərə borclu qalmaqla yanaşı, onlara yanlış məlumatlar verir və bu yolla vətəndaşları aldadırlar. Bu səbəbdən də sonda müştərilərlə şirkət arasında ciddi narazılıqlar yaranır. Çünki adıçəkilən sığorta şirkəti və onun agentləri sığortanı əhaliyə düzgün izah etmirlər. Şirkəti sığorta hadisəsi baş verdikdə müştəriyə dəymiş ziyanı ödəməmək üçün müxtəlif əsassız bəhanələrlə məsuliyyətdən yaxa qurtarmağa çalışır.
Elə buna görədir ki, artıq adıçəkilən sığorta şirkətinin müştərilərinin böyük bir hissəsi ASC-nin xidmətlərindən imtina etmək qərarına gəliblər. Yəni onlar ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etməyi məqsədəuyğun hesab edirlər. Hazırda "Alfa Sığorta" kənd təsərrüfatı risklərinin sığortası, məsuliyyət sığortaları, səfər sığortası, inşaat və quraşdırma risklərinin sığortası, yüklərin sığortası, fərdi qəza və xəstəlik sığortası, tibbi sığorta, avtonəqliyyat vasitələrinin kompleks sığortası, əmlakın yanğın və digər əlavə risklərdən sığortası xidmətləri göstərir. Sığorta şirkətinin 100 faiz səhmdarı "Bank Technique" ASC-dir. "Alfa Sığorta"nın Direktorlar Şurasının sədri Elşad Əliyev, İdarə Heyətinin sədri isə Camal Əliyevdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.