“Avropa Qapıları” şirkətində vergidən yayınma kütləvi şəkildə olduğuna görə Baba Tağıyevin həbsi belə gündəmə gələ bilə

22-05-2015, 13:00           
“Avropa Qapıları” şirkətində vergidən yayınma kütləvi şəkildə olduğuna görə Baba Tağıyevin həbsi belə gündəmə gələ bilə
“Avropa Qapıları” şirkətində vergidən yayınma kütləvi şəkildə olduğuna görə Baba Tağıyevin həbsi belə gündəmə gələ bilər.

Son günlər ölkədə baş verən “Beynəlxalq Bank” işi ilə bağlı iş adamalarının, bank rəhbərlərinin həbsi davam etməkdədir. Artıq məhkəmələrdə hüquq mühafizə orqanları tərəfindən açılan cinayət işləri ilə bağlı 12-dən artıq iş adamı haqqında həbs qəti imkan tədbiri seçilib. Onlar ölkə banklarından külli miqdarda kredit çəkərək aidiyyatı üzrə xərcləməməkdə, dövlət vəsaitini talan etməkdə şübhəli bilinirlər.

AzMedia.info-ya daxil olan məlumata görə qalmaqallı maliyyə cinayətləri ilə bağlı keçmiş deputat, “Avropa Qapıları” şirkətinin təsisçisi Baba Tağıyev də məsuliyyətə cəlb oluna bilər. Belə ki, sabiq millət vəkilinin dövlətdən külli miqdarda vergi gizlətdiyi bildirilir. Qeyd olunur ki, Baba Tağıyev bir müddət əvvəl Vergilər Nazirliyinin müfəttişləri ilə «anlaşaraq» vergi yoxlamalarından «üzü ağ» çıxmağa nail olsa da, son zamanlar vəziyyət dəyişib.

Mənbənin sözlərinə görə Vergilər naziri Fazil Məmmədov Baba Tağfyevin və vergi müfəttişlərinin aferası haqqında məlumatlandırılıb. Hazırda nazirin tapşırığı ilə “Avropa Qapıları” şirkətində yeni yoxlamalara başlanıldığı bildirilir. Daxil olan məlumatda qeyd olunur ki, “Avropa Qapıları” şirkətində vergidən yayınma kütləvi şəkildə olduğuna görə Baba Tağıyevin həbsi belə gündəmə gələ bilər.

Məlumatda həmçinin o da qeyd olunur ki, Baba Tağıyevə qarşı bu hücum qarşıda gələn parlament seçkiləri ilə əlaqədar ola bilər. Çünki Baba Tağıyevin qarşıdan gələn seçkilərdə «bəxtini bir daha sınayacağı» gözlənilir. Bu durumda isə onu özlərinə rəqib görənlərin hərəkətə keçdiyi istisna olunmur. Belə ki, mənbənin ehtimalına görə Baba Tağıyevi Fazil Məmmədova çuğullayan məhz onun gələcək rəqibləri olub.

Qeyd edək ki, 2007-ci ildə parlamentdə «Quska» ləqəbli Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında məşhur davada o Hüseyn Abdullayev «Quska»nın tərəfini tutduğuna görə ciddi qınaq obyektinə çevrilmişdi. 2010-cu ildə keçirilən seçkilərdə deputat kreslosunu itirən Baba Tağıyev «vəziyyəti düzəltmək» üçün bir sıra saytlarda məqalələrlə çıxış edərək «siyasi təştişçiliklə» məşğul oldu. «Ərəb baharı»ndan ruhlanan Baba Tağıyev şəxsi bloqunda “Bütün diktatorların sonu birdir” adlı məqalə ilə çıxış etdi və bu da onun ətrafında qalmaqalın daha da böyüməsinə səbəb oldu.

Həmin hadisədən sonra və qabaqda bir neçə dəfə «Avropa Qapıları» şirkətinin vergi bəyannaməsini pozduğuna görə bağlanması, ofisinin möhürlənməsi və sair hadisələr baş vermişdi. Lakin hər dəfə sabiq millət vəkili onun «Avropa Qapıları» şirkətinə heç bir aidiyyatının olmadığını bildirirdi. Qeyd edək ki, sabiq millət vəkilinin şirkəti Vergilər Nazirliyi tərəfindən bir neçə dəfə vergi qaçaqmalçılığına görə «vurulsa da», sonda Baba Tağıyevin şəxsi əlaqələri sayəsində «Avropa Qapıları» şirkəti yenidən iş fəaliyyətini bərpa edib.

Qarşı tərəfin mövqeyini verməyə dərc etməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.