Müdirin oğlu qumarda 200 min uduzub – ŞOK TƏFƏRRÜAT
26-05-2015, 16:35
Gəncə şəhər Apellyasiya məhkəməsinin şöbə müdiri futbol qumarında böyük məbləğ uduzub.
Belə ki, Kəlbəcər Təhsil şöbəsinin müdirəsi Elmira Şükürovanın oğlu Emin Hüseynovun Gəncə şəhərindəki qeyri-rəsmi futbol kontorlarının birində külli miqdarda pul uduzduğu iddia olunur.
Azfakt.com xəbər verir ki, Elmira Şükürova oğluna görə 200 min manat xərcə düşüb. O, Ağdam rayon Təhsil Şöbəsi müdiri vəzifəsindən kənarlaşdırılmamışdan 10 gün öncə özünə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən fermasını 500 min manata satıb. Şöbə müdiri fermasının satışından əldə etdiyi vəsaiti Kəlbəcər rayonuna “perevod” olunmasına və oğlunun probleminin həll edilməsinə xərcləyib.
TİA.AZ bildirir ki, Gəncə şəhər Apellyasiya məhkəməsində şöbə müdiri işləyən Emin Hüseynov bukmekerlərin birində 200 min manata yaxın pul uduzub. Onun bu aludəçiliyi ilə bağlı dəfələrlə anası Elmira Şükürova ilə söz-söhbətləri çıxsa da, Emin Hüseynov vərdişindən əl çəkməyib.
Şöbə müdiri oğlunun çıxılmaz vəziyyəti ilə əlaqədar təcili şəkildə onun borcunu ödəməyə məcbur olub. Çünki dövlət məmurunun 200 min manat pul uduzması barədə hansısa problemlərin ortaya çıxması həm Elmira Şükürovanın, həm də oğlunun karyerasının üstündən birdəfəlik xətt çəkə bilərdi.
Emin Hüseynov özündəki 23 min manat vəsaiti nəğd şəkildə proqnoza uduzduqdan sonra «nisyə» oynamağa başlayıb. Onun bu nisyə oyunu təxminən bir neçə ay çəkib və sonda 200 min manata qalxıb.
Borcun şişdiyini görən kontor sahibi isə pulunu tələb etməyə başlayıb və vəsaitin ödənilmədiyi təqdirdə Elmira Şükürovaya və oğluna ciddi problemlərin yaranacağı bağlı xəbərdarlıq edib. Məhz bundan sonra Elmira Şükürova məcburən oğlunun 200 min manatlıq problemini həll edib. Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.