Məhv edilən Cəlilabad meşələri VİDEO

26-05-2015, 16:50           
Məhv edilən Cəlilabad meşələri VİDEO
Cəlilabad rayonunda meşələrin məhv edilməsi prosesi əvvəlki qaydada davam edir. Gunxeber.com-a daxil olan məlumata görə, dəfələrlə mətbuatda bu barədə yazılmasına və Cəlilabaddakı “yaşıl soyqırım”ın ciddi tənqid olunmasına baxmayaraq, rayon rəhbərliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi meşə massivinin məhv olunmasının qarşısının alınması üçün heç bir iş görmür. Əksinə rayondan gələn məlumatlarda onların da Cəlilabaddakı meşə qırğınında əlinin olduğu və bu işdən külli-miqdarda para qazandıqları iddia olunur. Cəlilabadda yüksək vəzifəli məmurların meşələrə divan tutması ilə yanaşı kasıb yerli əhali də çörəkpulunu meşədən odun qırıb satmaqdan çıxarırlar. Onların gözü qarşısında meşələri məhv edən məmurlar isə əhaliyə göz yumur.
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, belə davam etsə, Cəlilabad meşələrindən əsər-əlamət qalmayacaq. Cəlilabad sakinləri rayon meşələrindəki “yaşıl soyqırım”la bağlı ayrı-ayrı vaxtlarda çəkilən və social şəbəkələrdə yayılan videoları da redaksiyamıza göndəriblər.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[media=https://www.youtube.com/watch?v=wafyLozlLF0]
[media=https://www.youtube.com/watch?v=lbWg3QNnhN8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.