Bakcell bizi necə aldadır?
1-06-2015, 19:46
İlk mobil operator kimi həyatımıza daxil olan "Bakcell" bu gün insanlara ilətişimdən çox, əsəb verir desək, yalan olmaz
Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi haqda artıq dəfələrlə məlumat vermişik.
Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq demək olar ki, mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlardan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar qarşılarına bir məqsəd qoyublar ki, o da müştərinilərini aldadaraq, onların inamından sui-istifadə etməkdən ibarətdir.
Əvvəllər kontur, indi isə hesabdakı pulları "çırpışdırmaq"la ad çıxaran mobil operatorlar sırasında bu gün "Bakcell” birincilər sırasında dayanır. Bu mobil operator abunəçiləri hər gün aldadır və külli miqdarda gəlir əldə edir. "Bakcell"in biçarə abunəçiləri isə elə aldana-aldana gedir. Yüzlərlə, bəlkə də minlərlə abonent operatorun bu cür özbaşınalıqlarından bezib "Bakcell"in abunəsindən çıxsa da, mobil şirkət hələ də bu özbaşınalıqlarına son qoymaq istəmir. Əksinə, daha da özbaşınalıqlar edir, vətəndaşlarını aldadır və onlardan dalbadal əsassız pullar qoparır. Elə məhz buna görə də, ölkədə ilk mobil operator kimi fəaliyyətə başlayan "Bakcell" hazırda digər operatorlarla müqayisədə daha az abunəçi saxlaya bilib. "Bakcell" ilk növbədə abonentlərinin istehlakçı hüququnu pozur.
"İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanuna görə, hər bir Azərbaycan vətəndaşının hər hansısa bir mal, xidmət haqqında pulsuz informasiya almaq hüququ var. Bu Azərbaycan qanunudur və hər bir şəxs bu qanuna riayət etməyə borcludur. Amma artıq harınlamış "Bakcell" Azərbaycanda biznes qurub, Azərbaycanın və azərbaycanlılar pulu ilə imkanlarını artıraraq elə məhz Azərbaycan dövlətinə, xalqına xəyanət edir. Bu qurum ilk növbədə vətəndaşın informasiya almaq hüququnu kobud pozur və abunəçilərlə yanaşı, ümumiyyətlə, Azərbaycan xalqına xəyanət edir.
Belə ki, "Bakcell" operatorunda abunəçi balansı ilə bağlı məlumatı almaq üçün bu operatora pul ödəməlidir. Yəni, operatorun balansla bağlı "178" və ya *100# xidmətindən məlumat almaq üçün xərcə düşür. Hər dəfə balansı öyrənmək üçün abunəçinin balansından 2 qəpik silinməlidir ki, "Bakcell" ona hazırkı balansının vəziyyəti barədə məlumat versin. Əks halda abunəçi balansında nə qədər məbləğin qaldığını öyrənə bilmir. Bu abunəçiyə sərf etməsə də, operatora vacib sərf edir. Bundan başqa, bu gün bir çox məkanlarda Bakcellin şəbəkəsi ya zəif tutur, ya da ümumiyyətlə, olmur. Bu mənada "bizə yaxın olmağa" çalışan "Bakcell" mobil operatoru bütün rəqiblərini geridə qoyaraq, hər dəfə min bir bəhanə, fırıldaqla abunəçini aldadan şirkət indi isə, yeni oyunbazlıqlara əl atır. Bildiyiniz kimi, "Əla cin" tarifinə əsasən, "Bakcell" abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır. Başqa sözlə, bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə, 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir "cin" nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır. Beləliklə, "Əla cin" tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir. Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir. Çünki danışıqlar zamanı əlaqə qeyri-müəyyən səbəbdən kəsilir. Və məcbur olub 2 dəqiqə danışdıqdan sonra yenidən yığmalı olursan ki, bu zaman 7 yox, 14 qəpiyindən olursan. Digər bir problem isə, bayram günlərində səhər ismarıc göndərdiyin halda, axşam həmin ismarıcın çatması haqqında cavab isamarıcı gəlir. Şəbəkə olduqca zəif olur.
Kiminləsə əlaqə saxlamağa çalışanda operatorun səsini eşidirik ki, "hal-hazırda bu istiqamətdə bütün xətlər məşğuldur". Bundan başqa, səhər, gecə bilmədən operatordan müxtəlif kompaniya ismarıcları daxil olur. Bunlar isə istər istəməz, insanı hövsələdən çıxarır. Sadaladıqlarımız azmış kimi, şəbəkədə hansısa bir nasazlıq və yaxud kampaniya ilə bağlı məlumat almaq istədikdə, mobil telefonlardan 555 nömrəsinə, şəhər telefonlarından isə 012498-89-89 nömrəsinə yığdıqda, saatlarla qarşı tərəfdən operatorun cavab verməsini gözləməli olursan. Saatlarla gözləyib, mobil opreratorla danışıb, dərdivi deyirsən, ki, bildirirlər ki, mobil nömrənizdən 555 nömrəsinə yığın, hansı kampaniyaya qoşulduğunuzu dəqiqləşdirək. Təbii ki, bu da "Bakcell" abunəçilərdən pul qopartmağın daha bir yoludur. Çünki mobil telefonlardan 555 nömrəsinə yığdıqda balansdan 10 qəpik çıxılır. Və beləliklə, "Bakcell" bu yolla da, gəlir əldə etmiş olur. Göründüyü kimi, nöqsan və problemlər kifayət qədərdir. Əslində, sadaladığımız durumlar abonentlər üçün promlemdir. Çünki şirkətin bu cür işləməsi və fəaliyyət göstərməsi "Bakcell"i qane edir.