UEFA Çempionlar Liqası nalayiq davranışa görə "Real Madrid"in futbolçularını cərimələyib

4-04-2025, 22:35           
UEFA Çempionlar Liqası nalayiq davranışa görə "Real Madrid"in futbolçularını cərimələyib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Real Madrid"in futbolçuları Kilian Mbappe, Antonio Rudiger və Dani Seballosu Çempionlar Liqasında "Atletiko Madrid"lə matçdan sonra nalayiq davranışa görə cəzalandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilir.

Turnirin 1/8 final matçından sonra sosial şəbəkələrdə yayılan videolarda futbolçuların nalayiq hərəkətləri əks olunub.

UEFA fransızı 40 min avro, almaniyalını isə 30 min avro cərimələyib. Təşkilat həmçinin ispaniyalı Seballosu 20 min avro cərimələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru