Con Kennedini sui-qəsddən xilas edə bilməyən məxfi xidmət agenti öldü
Bu gün, 11:46
ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin öldürüldüyü gün onu qorumağa çalışan və dövlət başçısının həyat yoldaşı Jaklinə öz bədəni ilə sipər olan ABŞ Məxfi Xidmətinin agenti Klint Hill öz evində dünyasını dəyişib.
Bu barədə CNN telekanalı məlumat verib.
"1963-cü il noyabrın 22-də Dallasda güllələrin önünə keçərək Prezident Con Kennedini və birinci xanımını qorumaq istəyən Klint Hill 93 yaşında vəfat edib", - deyə nəşr yazıb.
Telekanalın məlumatına görə, həmin faciəli gün Klint Hill Jaklin Kennedini mühafizə etməli idi və sui-qəsddən əvvəl prezidentin avtomobilinin ardınca gedən maşının içində idi. Atışma səsləri eşidiləndə Hill Kennedi cütlüyün maşınına tullanıb və öz bədəni ilə Jaklinə sipər olub, lakin prezidenti xilas edə bilməyib.