“188 Yükdaşıma” şirkəti barədə narazılıq

Bu gün, 11:08           
“188 Yükdaşıma” şirkəti barədə narazılıq
Vətəndaş Ayka Quliyeva “188 Yükdaşıma” şirkətindən narazılığını ictimailəşdirib.

TEREF xəbər verir ki, Onun sözlərinə görə, şirkət tərəfindən daşınan mebellər tamamilə yararsız vəziyyətə salınıb. İddialara əsasən, hadisədən sonra şirkətlə əlaqə saxlamaq mümkün olmayıb – zənglər cavabsız qalır, şikayətlərə isə baxılmır.

Ayka Quliyeva bildirib ki, “188 Yükdaşıma” ilə iş birliyi nəticəsində ciddi maddi zərərə düşüb:
Mebellərimi daşıyarkən sanki bilərəkdən əzib-dağıdıblar. Şikayət etmək istədim, lakin nə zənglərə cavab verirlər, nə də yazışmalara reaksiya göstərirlər.

Vətəndaş məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini qeyd edib.

Qeyd edək ki, bu, “188 Yükdaşıma” ilə bağlı ictimailəşən ilk narazılıq deyil.

Xatırladaq ki, “Azcargo Logistics and Management Services” MMC 2013-cü ildən etibarən Bakıda və respublikamızın digər bölgələrdə logistika xidmətləri göstərir. Əsasən 188 yük daşıma xidməti kimi tanınır. Şirkətin rəhbəri və qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur.32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru