"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT

Bu gün, 00:09           
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz" - "Azercell"dən ŞİKAYƏT
""Azercell" şirkətinin operatorları heç bir işə yaramırlar. Sistemdə olan problemlərdən, müştərilərin balansından itən ödənişlərdən xəbərsizdirlər. 1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam. Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil".
Pravda.az bildirir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, dünən gecə operatordan şikayətinin qeydə alınmasını istəyib və menecerlerden birinin onunla əlaqə saxlamasını xahiş edib: "Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışıb, əsəblərimi pozub. Mən 20 ildən çoxdur ki, "Azercell"in müştərisiyəm. Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur. Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru