“Ola bilsin, müsbət, ola da bilsin, yox...” - ABŞ Uitkoffun Putinlə görüşü barədə bəyanat hazırlayır

Bu gün, 08:14           
“Ola bilsin, müsbət, ola da bilsin, yox...” -
“ABŞ administrasiyası yaxın vaxtlarda prezidentin xüsusi elçisi Stiven Vitkoffun Rusiyaya səfərinin nəticələri ilə bağlı müzakirələr aparacaq”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubionun sözlərinə görə, Ağ Ev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada baş tutan danışıqların nəticələrini diqqətlə təhlil edəcək və mümkün rəsmi cavab barədə qərar verəcək.

Dövlət katibi vurğulayıb ki, bu səfərdən sonra ictimaiyyətə açıqlama veriləcəyini istisna etmir.

Həmçinin, o, qeyd edib ki, indiki məqamda şərhin mahiyyətini proqnozlaşdırmaq çətindir: “Bu, əldə edilmiş razılaşmalardan və administrasiya daxilində onlara reaksiyadan asılı olaraq, səfərin konstruktiv nəticə verəcəyi təqdirdə ya müsbət, ya da ehtiyatlı və ya tənqidi ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru