Cənub bölgəsinin unudulan yolları – insanların səbrini, dövlətin nüfuzunu sınağa çəkir

Bu gün, 09:34           
Cənub bölgəsinin unudulan yolları –
Cənub bölgəsində, xüsusilə dağ kəndlərində yol problemi illərdir ki, həllini tapmır. Qış aylarında palçıq, yayda isə toz-torpaq içində qalan yollar insanların həm gündəlik həyatını, həm də təcili yardım, məktəb, yanğınsöndürmə kimi vacib xidmətlərə çıxışını çətinləşdirir. Bu kəndlərdə yaşamaq sanki inad və dözümlülük sınağına çevrilib. Dövlətin rəsmi hesabatlarında və yolların təmirinə ayrılan milyonlarla vəsaitin siyahısında adları keçən bu kəndlərdə real vəziyyət kağız üzərində olanla ziddiyyət təşkil edir.

“DogruXeber.az”a daxil olan şikayətlərdə Lerik, Yardımlı, Astara və Masallının yüksək dağ kəndlərində yaşayan insanlar illərlə eyni vədləri eşitdiklərini, lakin nəticənin sıfır olduğunu bildirirlər. Bir çox kəndlərdə hələ də məktəb yolları palçığın içində keçir, xəstələr isə yaxın kəndə çiyin üstündə aparılır. Yol problemi təkcə kəndləri deyil, bütöv bir bölgənin iqtisadiyyatını, kənd təsərrüfatını və turizm imkanlarını da çökdürür.

Məlumat üçün qeyd edək ki, “DogruXeber.az” dəfələrlə bu məsələni gündəmə gətirib və aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlayıb. Lakin verilən cavablar vədlərdən və ümumi izahatlardan ibarət olub. Əhalinin real ehtiyacları isə təxirəsalınmazdır.

Bu yollar dövlətin bölgələrə olan münasibətinin göstəricisidir. Həllini tapmayan hər bir yol, vətəndaşın dövlətdən uzaqlaşmasına səbəb olur. Bu məsuliyyətsizlik təkcə texniki problem deyil – sosial ədalətə və bərabərliyə zərbədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru