Trampla Zelenski arasında həftə ərzində ikinci dəfə telefon danışığı olub
Bu gün, 07:44
Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dövlət başçılarının hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
Qeyd edək ki, bu, həftə ərzində ölkə liderlərinin ikinci telefon danışığıdır. Onlar avqustun 5-də də danışıblar.