AAAF Parkda total təftiş: Təsisçi Tofiq Heydərov ölkədən çıxıb?

Bu gün, 10:18           
AAAF Parkda total təftiş:
Fövqəladə Hallar Nazirliyi (FHN) və bu nazirliyin nəzdindəki əlaqədar qurumlar Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksində yeni inşa edilən binalarla bağlı ciddi təftiş həyata keçirməkdədir. Etibarlı mənbənin verdiyi məlumata görə, aparılan ilkin yoxlamalar nəticəsində çoxsaylı qanun pozuntuları aşkar edilib. Bunun ardınca təftiş prosesi daha da genişləndirilib və əraziyə digər yetklillər dəvət edilib. Yoxlamaların hələ bir neçə gün davam edəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, aparılan yoxlamaların nəticəsi sadəcə “AAAF Park” MMC-nin rəhbəri Tofiq Heydərov deyil, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi üçün də yaxşı heç nə vəd etmir. Çünki məlum tikinti prosesinə razılıq məhz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilib. Məlumatı cumhuriyyet.az-a ötürən mənbə “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun bu arada ölkədə olmadığını bildirib.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Yeniliklərlə bağlı oxucuları mütəmadi şəkildə məlumatlandrıacağıq.Cumhuriyyet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru