Donuz ətinin haram olması ilk dəfə hansı mənbədən gəldiyini bilirmisiniz?

Bu gün, 08:17           
Donuz ətinin haram olması ilk dəfə hansı mənbədən gəldiyini bilirmisiniz?
Ümumiyyətlə yaxın şərqin ilk təkallahlı dini hesab edilən yəhudilikdə (İudaizm) bir çox elementlər qədim orta doğu mədəniyyətindən gəlir. Akkad, Şumer , Qədim Misir mifologiyasının bir çox elementləri yəhudilikdə aşkar görsənir.Eləcə də donuz ətinin yeyilməsi qadağası qədim Orta doğu mifologiyası və erkən dini ənənələrdə yer alan maraqlı bir rəvayətə əsaslanır.
Rəvayətə görə Qədim Mesopotamiya və Şumer mifologiyasında Tammuz (digər adı ilə Dumuzi) bolluq, məhsuldarlıq və yazın tanrısıdır. O, çox sevilən bir tanrı idi və onun ölümü təbiətdə quruluq və məhsulsuzluqla əlaqələndirilirdi. Rəvayətə görə, Tammuz yeraltı dünyaya enir (bəzən öldürülür), bununla da torpaq məhsuldarlığını itirir. Bəzi versiyalarda onun ölümünə donuz səbəb olur.
Bu mifologiyadan yola çıxan bənzər rəvayətlərdə qeyd olunur ki, donuz Tammuzun ölümündə iştirak etdiyi üçün qurban kimi qəbul edilmir və haram sayılır. Bu fikir sonrakı yəhudi və islam mədəniyyətlərinə də sirayət edib.
Yəhudilikdə Tövrat donuz ətini "nəcis" hesab edir.
Джавид Дамирли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru