Litvada itkin düşən ABŞ əsgərlərinin meyitləri tapılıb
Dünən, 12:14
Litvada hərbi təlimlər zamanı itkin düşən üç ABŞ əsgərinin meyiti tapılıb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Litva prezidenti məlumat yayıb.
Qeyd olunur ki, ötən həftə Litvada avtomobili bataqlıqda tapılan ABŞ ordusunun dörd əsgərindən üçü hadisə yerində ölü vəziyyətdə aşkar edilib. Dördüncü əsgərin axtarışları isə hələ də davam edir.