Məhkəmə Hacı Vəliyev barəsində həbs qərarı verdi - YENİLƏNİB

2-04-2025, 00:13           
Məhkəmə Hacı Vəliyev barəsində həbs qərarı verdi - YENİLƏNİB
Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.

"32gun.az" xəbər verir ki, Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur.

***

12:01

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

"32gun.az" Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib.

H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru