Ürək əməliyyatı keçirən Goranboy sakini xəstəxanada ÖLDÜ: Yaxınları həkimlərdən ŞİKAYƏTÇİDİRLƏR

2-04-2025, 08:56           
Ürək əməliyyatı keçirən Goranboy sakini xəstəxanada ÖLDÜ: Yaxınları həkimlərdən ŞİKAYƏTÇİDİRLƏR
Səfikürd kənd sakini xəstəxanada dünyasını dəyişib.

TEREF"Teleqraf"a istinadən xəbər verir ki, təxminən üç ay öncə başqa tibb müəssisəsində ürək əməliyyatı olunan 1960-cı il təvəllüdlü E.Bayramovun evdə qəfildən halı pisləşib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin təzyiqi ölçülüb və ona iynə vurulub. Bundan sonra yaşlı kişinin halı daha da ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları həkimlərdən şikayətçidirlər. E.Bayramovun nəşi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru