SON DƏQİQƏ: Ukraynada atəşkəs elan edildi – Putindən ilk açıqlama
19-04-2025, 00:13
Kiyevin Pasxa atəşkəsinə reaksiyası danışıqlarda iştirak iradəsini göstərəcək.
Referans.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Kiyevin Pasxa atəşkəsinə reaksiyası, onun sülh danışıqlarında iştirak etmək bacarığının və istəyinin nə dərəcədə səmimi olduğunu göstərəcək”, – o bildirib.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyindən Kiyevin atəşkəs rejiminə əməl etdiyi müddətdə Rusiya ordusunun da atəşkəsi pozmayacağı bildirilib.