Müəllimlər institutunun diplomu saxta çıxdı VİDEO

16-06-2015, 11:08           
Müəllimlər institutunun diplomu saxta çıxdı VİDEO
Ödənişli əsaslarla qiyabi təhsil alan Azad Məmmədov təhsilini başa vurduqdan sonra diplom alsa da, diplomun Təhsil Nazirliyi tərəfindən saxta olduğu aşkarlanıb. Editor.az xəbər verir ki, bu barədə məlumatı BTV-ə A.Məmmədovun atası Ağsu rayon sakini, şəhid ailəsi Oktay Məmmədov verib. O şikayətində Azər və Fuad Xəlilov qardaşlarından narazalığını bildirib.

Şikayətçinin sözlərinə görə, 2009-ci ildə oğlu Azad Məmmədovu Gəncə Aqrar Universitetinin dekan müavini Azər Xəlilovun köməkliyi ilə 14 min manata Azərbaycan Müəllimlər İnsitutunun Gəncə flialına qoydurub. Ödənişli əsaslarla qiyabi təhsil alan Azad Məmmədov təhsilini başa vurduqdan sonra diplom alsa da, diplomun Təhsil Nazirliyi tərəfindən saxta olduğu aşkarlanıb. Oktay Məmmədov bununla əlaqədar bir çox qurumlara müraciət etsə də müraciətləri boşa çıxıb.

Adı çəkilən şəxsin qardaşı “N” saylı hərbi hissədə yüksək vezifəli zabit işləyən Fuad Xəlilov şikayətçiyə qardaşı Azər Xəlilovun arxasında dayandığını bildirib.

Qeyd edək ki, şikayətçi Fuad Xəlilovla telefon danışıqlarını BTV-yə təqdim edəcəyini və məsələ ilə bağlı Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə müraciət ünvanlayacağını bildirib. Məsələni aydınlaşdırmaq məqsədilə Azər və Fuad Xəlilov qardaşları ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə vermədi.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnsitutunun rektoru deputat Aqiyə Naxçıvanlıdır.
[media=https://www.youtube.com/watch?v=ZCMvRVihL-E]
//bolgexeber.tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.