ELdə yeni NURçuluq: Abdullayev və Baimov cütlüyünün media şəbəkəsi

15-03-2018, 01:10           

Azərbaycanda Fətullah Gülən və onun yaratmış olduğu təriqətə sitayiş edənlər bir il əvvəl dövlətin müxtəlif orqanlarından sökülüb atılsalar da, bu şəbəkənin imamları, təriqətin biznes qolunda yer alan biznesmenlər FETO-ya olan bağlılıqlarından maskalanaraq Pensilvaniyadan gələn əmr üzrə yeraltı hücrələrə çəkildilər. Deyəsən çaylar-sellər axdı və FETO Azərbaycanda yenidən xortlamağa çalışır. Bununla bağlı cumhuriyyet.az yerli mediada səslənən iddiaları xatırladaraq bildirir ki, son günlər bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. İddalara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni “İMAMI” seçməli oldu. Bu imam isə Elnur Abdullayevdir.
Əslində Elnur Abdullayev Azərbaycan oxucularına yad sima deyil. Dövri mətbuatda bu adam haqqında dəfələrlə yazılıb. Məlumat üçün bildirək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Ölkə ictimaiyyətinə Ziya Məmmədovun adamı kimi tanınan (Qeyd edək ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovun baldızı oğludur) E.Abdullayev ötən ilin may ayında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri postundan kənarlaşdırılıb.
Nəqliyyat nazirliyindən kənarlaşdırıldıqdan sonra E.Abdullayevin ölkə kənarında media şəbəkəsi qurması haqda məlumatlar yayıldı. Onu da bildirək ki, bu media layihələrinin yaranmasının bir çoxu Ziya Məmmədovun qılıncının iti vaxtlarına təsadüf edir. Belə ki, sabiq nəqliyyat naziri, Ziya Məmmədov adı mətbuatda mənfi mənada özündən az hallanmayan oğlu Anar Məmmədovla birlikdə çoxsaylı saytlar yaratdı, bir sözlə nəqliyyat sahəsindən korrupsiya yolu ilə əldə olunan milyardları Elnur Baimov və Elnur Abdullayev kimi “komsomolların” layihələrinə buraxdı və gözü götürmədiyi nazirləri həmin saytlara sifariş verərək donos yazılar yazdırtdı. Son günlər isə bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. Bununla bağlı cumhuriyyet.az olaraq mediada aparılan təhlilləri xatırladaraq bildiririk ki, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet TV-lər yaradaraq nümayiş etdirməkdədir. Bundan başqa onun təkcə Azərbaycanda deyil, ölkəndən kənarda da media ilə bağlı planlar qurduğu qeyd edilməkdədir. Hələlik Elnur Abdullayevin media projeləri çox gözəl kanfulə olunaraq çalışmaqdadır.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.