ZEYQƏM HÜSEYNOVUN OĞLU FEYSBUKDA ŞƏRH YAZANLARI TƏHQİR ETDİ (+18 FOTO)
18-03-2018, 12:13
İki gün əvvəl 365info saytında Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov və onun, elə həmin şəhərdə polis rəisi olan oğlu Ruslan Hüseynov barəsində dərc olunan yazıda ilginc məlumatlar getmişdi.
Həmin yazı feysbuk istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri həmin yazıya öz münasibətlərini bildirməklə bərabər tənqidi şərhlər də yazıblar.
Bu şərhlərdən narazı qalan Zeyqəm Hüseynovun digər oğlu İlham Hüseynov isə sosial şəbəkədə atası ilə qardaşı barədə yazılan şərhlərə söyüşlə cavab verib.
Düzdür, 10 dəqiqədən sonra kiminsə məsləhəti ilə söyüşlü şərh silinib, ancaq sosial şəbəkə istifadəçiləri həmin şərhi skrinşot edərək sosial şəbəkədə paylaşıblar.
365info saytının apardığı araşdırmaya görə Zeyqəm Hüseynovun kiçik oğlu olan İlham Hüseynov hazırda Maliyyə Nazirliyində çalışır. Görünür bu şəxs atası və qardaşı kimi məmur olsa da özünü ələ alıb əsəblərini cilovlaya bilmir.
Belə olmasaydı o, etik normalaradan kənara çıxaraq nəinki məmura, dövlət qulluqçusuna, heç kimə yaraşmayan hərəkət edərək feysbuk istifadəçilərini söyməz, onları nalayiq söyüşlərlə təhqir etməzdi.
Çünki, mövcud qanunvericiliyə əsasən, İnternet Kütləvi İnformasiya Vasitəsi sayılır. Facebook da internet məkanında çoxsaylı insanların bir yerə cəmlənərək ünsiyyətdə olduqları nəhəng sosial şəbəkədir. İnternet vasitəsi ilə edilən hər hansı bir qeyri-qanuni əməl isə qanunla cəzalandırılır.
Bu yazı dərc edilməyə hazırlanarkən 4-cü polis bölməsinin rəisi Ruslan Hüseynovun həmkarlarından biri 365info saytının redaksiyası ilə əlaqə saxlayaraq bildirdi ki, saytda qeyd etdiyimiz – Ruslan Hüseynovun 4-cü polis bölməsinin qış yuxusundan ayılmamağı düz məlumatdır: “Mən özüm dəfələrlə Ruslan Hüseynovdan soruşmuşam ki, niyə işləmirsən?! O isə mənə cavab olaraq bildirib ki, “Nə iş ay qağa, iş var?! Xidməti otağımı icarəyə götürən olsaydı, icarəyə verərdim, mənim də canım qurtarardı, elə bölmənin şəxsi heyətinin də”…”
Belə də olurmuş…
teref.az olaraq adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq!
teref.az