Gəncədə vətəndaşların qəbulu zamanı söyüş bazarı – Elmar Vəliyev açıb ağzını yumub gözünü…
18-03-2018, 17:45
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların qəbulu zamanı bir sıra idarə müdirlərini söyüş yağışına tutub, bununlada qalmayan icra başçısı həmçinin Gədəbəy və Daşkəsən rayonlarının sakinlərinin aşağılayıb…
Martın 14-də Gəncədə icra başçısı Yeni Azərbaycan Partiyasının binasında vətəndaşlarla götüş keçirib. Görüş zamanı isə dalbadal kurioz hadisələr yaşanıb. Belə ki, hər dəfə vətəndaşın şikayətini dinlədikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev idarə və təşkilat rəhbərlərini ən aşağılayıcı söyüşlərlə və nalayiq sözlərlə təhqir edib.
Qeyd edək ki, MilliYol-un elektron ünvanına daxil olan məktub bu sözlərlə başlayır: “Bəylər, yalvarırıq Sizə,çox xahiş edirik ki, bu biabırçılığı ictimailəşdirəsiniz. Artıq bıçaq sümüyə dirənib..Belə yaşamaq olmaz. Kömək edin bizə…”
Böyük təətccüb və ürək ağrısı ilə oxuduğumuz şikayət məktubunu qısa ixtisarla aşağıda təqdim edirik:
“Bəylər, yalvarırıq Sizə,çox xahiş edirik ki, bu biabırçılığı ictimailəşdirəsiniz. Artıq bıçaq sümüyə dirənib..Belə yaşamaq olmaz. Kömək edin bizə…
14 mart 2018-ci ildə Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhərinin diktatoru Elmar Vəliyev sakinləri qəbul edərkən şəhər ictimaiyyəti qarşısında müxtəlif vəzifə sahiblərini və müraciət edənləri təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Bunu heç kəs inkar edə bilməz ki, Elmar Vəliyev ağızdan “çox yaxşıdır”. Bunu şəhər əhalisi çox gözəl bilir.
Elmar Vəliyev Gəncə şəhər icra hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu. Alçaq, o…, gədə və lap pis söyüşlər işlətməklə yanaşı, dedi ki, acından ölürdün,sənə vəzifə verdim. indi şişibsən, Çıx …….çölə.
Qaz pulu ilə bağlı bir nəfər şəhər sakini müraciət edərək limitə düşdüyünü deyəndə,,Elmar Vəliyev qaz idarəsinin müdirini ayağa qaldırıb olmazın söyüşlərlə təhqir etdi. Müdir izah etmək istədi ki, cənab başçı,vətəndaş qaz pulu üzrə qoyulan limiti keçib. Ona görə də limitə düşüb. E.Vəliyev qışqıraraq dedi ki: Əclaf , sən salıbsan onu limitə. Müdir bildirdi ki, cənab başçı , mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb. Elmar Vəliyev yenidən başladı qışqırmağa, “get p..unu ye pe…, sən p.. yeyirsən ata ananla. Səni limitə elə salaram ki, özündə bilməzsən”. Sonra başçı üzünü Gəncə şəhər prokuroruna tutub ded ki, “bunu tutun”. Prokuror bildirdi ki, mən onu hansı əsasla tutum. Mən onu tuta bilmərəm. Bundan sonra Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki, kül sənin başına. Və Gəncə şəhər polis idarəinin rəisi Faiq Şabanova müraciətlə bildirdi ki, “bunu aparın içəri salın ağılı başına gəlsin”. Qaz idarəsinin müdiri ilə əlaqədar nazirlikdən kimsə E.Vəliyevə zəng etdi.Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki, sən kimsən get işinlə məşğul ol.
Daha sonra üzünü Gəncə şəhər polis idarəinin rəisi Faiq Şabanova tutub dedi ki, bu Gədəbəy, Daşkəsən rayonlarından olanları yüz dəfə demişəm ki, Gəncəyə propiska etməyin. Qoy getsin dağlarda qoyunlarını otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə.Sontra da məndən torpaq istəyirlər . Bu zaman yerdən bir nəfər Gədəbəyli sakin ayağa qalxaraq dedi ki,Elmar müəllim, o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi? Harada istəsələr orada da yaşaya bilərlər.Sən kimsən ki,vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan?
Bundan sonra başçı özünü cilovlayıb dedi ki, mən elə demədim, yəni deyirəm ki, nə var buralarda təmiz dağ havası, gözəl təbiət get yaşa da özün üçün o dağlarda.
Sonra başqa bir nəfər vəzifəli şəxsə dedi: “Sən kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən.Nə baxırsan? Get ver, canın çıxmaz”.
Göründüyü kimi Elmar Vəliyev açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur.
Daha sonra bildirdi ki, şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə. Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun.
İclas prosesi zamanı rəhbərə yaraşmayan söyüşlər nalayiq hərəkətlər sona qədər davam etdi. Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır. Heç kimin haqqı yoxdur ki,kimi isə təhqir etsin.
Sual vermək lazımdır ki, Elmar Vəliyev sən kimsən ki, insanlarla belə rəftar edirsən. İclasda insanlarla türklər demişkən alay edirsən, insanları məsxərəyə qoyursan. Kim bu səlahiyyəti verib ona. Sənə kim bu səlahiyyəti verib ki, Gədəbəy və Daşkəsən camaatına qarşı nalayiq hərəkət edirsən. Sən özün özlüyündə kimsən axı?”
Redaksiyadan: Gəncə şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayıb şikayət məktubuna münasibət öyrənmək istəsək də, telefonumuza cavab verən şəxs bizi dinlədikdən sonra telefonu asdı. Baş verənlər heç də sıradan bir hadisə deyil və Gəncə kimi bir şəhərə rəhbərlik edən Elmar Vəliyevin bu davranışları təbii ki, qınanmalıdır. Onu da qeyd edək ki, zaman-zaman Elmar Vəliyevin tabeçiliyində olan şəxslərə qarşı təhqiramiz davranması ilə bağlı xəbərlər yayılır. Və bu da onu göstərir ki, Gəncənin icra başçısı doğrudan öz yerində deyil…
teref.az adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az