Qarabağ əlili Göytəpə şəhər xəstəxanasının baş həkiminin əlindən fırayd edir: "Elə bil baş həkim yox, ölkənin əlillərə qarşı siyasəti dəyişilib..""
20-03-2018, 00:54
teref.az-nun poçtuna ailədə ər və arvadın ikisinində Qarabağ əlili olan Xocalı şəhərindən məcburi köçkün ailəsindən şikayət daxil olub. Şikayətçi Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasına yeni baş həkim Eldar İsayevdən şikaəytçidir.Şikayətçi yazır:
Xocalı şəhərindən məcburi köçkün, keçmiş döyüşçu və 2-ci qrup Qarabağ əliliyəm. Həyat yoldaşım da 2-ci qrup Qarabağ əlilidir. Diabet xəstəsi olduğumuz üçün hər ay xəstəxanadan dövlətin verdiyi pulsuz dərmanlarla təmin olunurduq. 2 aydır Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasına yeni baş həkim Eldar İsayev təyin olunandan nə həyat yoldaşıma, nə də özümə dərman verilir. Keçən ay verilməyəndə Cəlilabad Mərkəzi xəstəxanasının baş həkiminin müavini Valeh Məmmədovla əlaqə saxlatdırdım dedi narahat olmayın, amma gedib dərmanı aptekdən alası oldum. Bu ay isə yenə də uzun get-gəldən sonra yenədə yerli İcra nümayəndəsi zəng eləsədə telefon nömrəmi götürüb dedilər ki, get sabah zəng edərik gəlib apararsan, hələ də zəng gəlmir.
Şikaəytçi daha sonra teref.azya yazır:İndidə deyirlər ki, həmin dərmanlardan yoxdur. Qarabağ əlili olduğumuz üçün əvvəlki baş həkim Sabir Həsənov hər ay özü şəxsən gəlib evdə bizimlə maraqlanardı. İndi bu şəxsin mövqeyini anlamaq olmur. Elə bil baş həkim yox, ölkənin əlillərə qarşı siyasəti dəyişilib.. Artıq lazımı orqanlara da müraciət etmişəm.Guman edirəm ki, aidiyyatı qurumlar məsələyə müdaxilə edəndən sonra şəkər dərmanlarını ala biləcəm.
Hörmətlə, Zakir qurban oğlu Ələkbərov
teref.az olaraq qeyd etmək istəyirik ki, təzə baş həkimdən əvvəld\ə ş.ikaəyt olub və biz səhifəmizdə yerləşdirmişik!
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az