Səfər Əbiyev Milli Şuranın seçki mitinqlərini maliyyələşdirir? - Sensasiya

29-03-2018, 00:03           
Səfər Əbiyev Milli Şuranın seçki mitinqlərini maliyyələşdirir? - Sensasiya
Keçmiş müdafiə naziri Səfər Əbiyevin sağ əli olan Namiq Abbasəliyev Yunis oğlu müxalifətin 10 mart mitinqində iştirak edib. Bu da mediada rezonans doğurub. İlk xəbəri dia.az yayıb

TEREF.İNFO-nun yazdığına görə, fia.az xəbər verir ki, özünü sahibkar kimi təqdim etmiş bu şəxs vaxtilə sabiq nazirin qanunsuz işlərinin iştirakçısı olub. Dövlətin büdcəsini talayıblar. İndi ədalət tələb edir.

Milli Şura ilə Müsavatın birgə mitinqində olan N.Abbasəliyevin müxalifətə keçməsindən S.Əbiyevin xəbəri olub-olmadığı bilinmir. Ancaq özünü iş adamı kimi təqdim edib.

Lakin belə iddialar səslənir ki, keçmiş nazir Milli Şuraya onun vasitəsi ilə dəstək verir. MŞ rəhbərliyində olan Əli Kərimli və Cəmil Həsənlinin sabiq nazirlərlə əlaqələrinin olduğu barədə iddialar irəli sürülür.

Hətta Fazil Məmmədov, Eldar Mahmudov və digər keçmiş nazirlərin müxalifətə gizli dəstəyi istisna edilmir.

Vaxtilə Fərhad Əliyev, Əli İnsanov da nazir ikən müxalifətə dəstək vermişdilər. Səfər Əbiyevin də iqtidara təzyiq üçün müxalifətə öz adamını transfer etməsi gözləniləndir.

Bu gün isə N.Abbasəliyev özünü “cəbhəçi” kimi təqdim edən bu şəxs XALQI MEYDANLARA ÇAĞIRIR! İddia edir ki, Haqqı tapdanır... anekdot danışır...

Amma onu tanıyanlar var və təbii ki, bu fakt da məsələnin əsl mahiyyətini ortaya qoyur. Söhbət, yuxarıda vurğuladığımız məqamdan gedir...

Hakimiyətə, dövlətə qarşı təşkil olunan düşmən hücumların arxasında dayanan qüvvələrin kimliyindən, onları maliyyələşdirənlərin əslində zamanında bu dövlətdən oğurluq edənlərin olmasından gedir. Və söhbət bu prosesin arxasında dayanan milyonlardan gedir.

S.Əbiyev və qardaşlarının böyük biznesi var. Vəzifədən çıxarılarkən bir hissəsi əlindən alınıb. Bu da onun hakimiyyətdən incik düşməyinə səbəb olub.

Səfər Əbiyevin ikili vətəndaşlığı var. Yəni o, Azərbaycanla bərabər Çexiyanın da vətəndaşıdır.

Onun Çexiyanın Karlovı-Varı bölgəsində əzəmətli malikanəyə sahib olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, keçmiş müdafiə nazirinin böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında, kiçik oğlu Roman Əbiyev isə prokurorluq sistemində çalışır.

Bundan başqa, Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim şifarişlərini öz nəzarətində saxladığını iddia edən mənbə qeyd edir ki, hazırda “Baki Əyirici Toxucu” ASC və Bakı Tikiş fabriki məhz sabiq nazirin himayəsindədir.

Mətbuatda İsa Nəcəfova məxsus olduğu iddia edilən “Tusi” Klinikası da əslində Səfər Əbiyevin obyektlərindən biridir.

Bundan başqa, onun nazir vəzifəsində çalışdığı dönəmlərdə Müdafiə Nazirliyinə aid satdığı torpaqların siyahısı da bəllidir.

Belə ki, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsini, keçmiş Ali Hərbi Məktəbin parkını (10 hektar), Biləcəri qəsəbəsində hərbi ticarət bazasının torpağı (20 hektar”, Müdafiə Nazirliyinə məxsus hərbi ticarət idarəsinin torpaq və qurğularını, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisini, Həzi Aslanov qəsəbəsində hektarlarla sahəni, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisini, Masazırda köhnə hərbi kolxozun ərazisini, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazini ayrı-ayrı şəxs və qurumlara satılmasına rəvac verib.

Səfər Əbiyevin Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var:

“Səfər Əbiyevin bir qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin Müdafiə Nazirliyinə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirir.

Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb.

Sabiq nazirin qardaşı Müdafiə Nazirliyinin ümumi işlər idarəsinə məxsus binanı özəlləşdirərək burada şərikli bank yaradıb. Səfər Əbiyevin digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir.

O, uzun müddət Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edib. Nazirin böyük qardaşı Cəlal Əbiyev isə bəzi hərbi komissarlıqları təngə gətirməklə ad çıxarıb.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.