REKTOR ƏDALƏT MURADOVUN QƏBULUNA DÜŞMƏK NİYƏ MÜMKÜNSÜZDÜR?-YENİLƏNİR
25-05-2018, 02:10
Oksford Universitetinə qədər məsafə 4759 km, ADİU- nın əməkdaşlarının rektora qədər məsafəsi isə bundan on dəfə çoxdur. Niyə?
…Ədalətsizliyə və haqsızlığa qarşı barışmaz mövqedə duraraq bir çoxlarına əsl peşəkar jurnalist örnəyi olan «Təzadlar» qəzetinin dəyərli rəhbərliyi və əməkdaşları! Belə bir deyim var ki, ən nadir mərdlik - fikir mərdliyidir. Həqiqətən də siz jurnalist araşdırmalarınızla Azərbaycan Dövlət İqtisad Universitetində baş verən özbanalıqları ortaya qoymaqla bu vəziyyətlə barışmayanlara təmannasız mərdlik meydanı vermisiniz. Buna görə Sizlərə minnətdarıq.
Sizin qəzetinizin sonuncu sayında Universitetdə baş verən fırıldaqlar və haqsızlıqlar haqqında yazılanlara bizdə öz fikirlərimizi bildirməyi və haqq səssimizi ucaltmağı istəyirik. Onsuz da bizlər universitetdə baş verən belə eybəcər halların hər saat, hər gün şahidi oluruq.
Universitetin girəcəyində yazılanın başlığa çıxardılması hec də təsadüfi deyildir. Universitetdə F.Bekonun sözləri ilə desək, ədalətsizliyin hər üç növü -adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı tətbiq edilir.
Universitet əməkdaşlarının, hətta ona yaxın olmayan nadir struktur rəhbərlərinin rektorla görüşməsində keçməli olduğu prosedur qaydalarını görsəniz, dəhşətə gələrsiniz. Bunun üçün ilk növbədə heç şahın, carın malikanəsinin qapısında olmayan qədər gözətçilərdən izin alınmalı, daha sonra auditdən, insan resursları şöbəsinin şefindən, hüquqşünasdan, rektorun yerləşdiyi mərtəbədə düzülən cangüdənlərdən, nəhayət, köməkçidən və müşavirdən qanuni viza almalısan. Universitetin istənilən əmək¬daşının (yaxınları istisna olmaqla) ən nifrət etdiyi və barışmadığı hallardan biri də məhz budur.
Yaponlardan soruşurlar ki, belə yüksək inkişaf etməyinizin səbəbi nədir? Cavabları məntiqli və qısa olur: «Ona görə ki, rəhbərimiz həmişə bizim aramızdadır».
Tövsiyyəmiz: Hamıya eyni gözlə baxmaq lazımdır ki, böyüyü böyük, kiçiyi kiçik görə biləsən. Təssüf ki, bu adil olmayıb adil kimi görünənlərə yad bir davranışdır. Elə ən böyük ədalətsizlik budur.
Əvvəldə qeyd etdiyimiz ədalətsizliyin digər növlərinin Universitet məkanında “məharətlə” tətbiqi ən böyük sərvətimizdən olan ünsiyyəti, işə yaxşı münasibəti də tükəndirib. Universitet əməkdaşlarının bir-biri ilə münasibətində görünən və görünməyən tərəflər bunu subut edir. Etinasızlıq, diqqətsizlik, qeyri-səmimilik və s. buna bariz nümunələrdir.
Universitetə rəhbərlik etdiyi dövr ərzində ölkənin ictimai-iqtisadi həyatında baş verən dəyişikliklərə adekvat olaraq universitet əməkdaşlarının sosial-iqtisadi durumu ilə bağlı heç bir iş görülməmişdir. Təbii ki, rektor Ədalət Muradovun ətrafında olanlar istisna olmaqla (hesab edirlər ki, universitet deyəndə onlar başa düşülür). Bu dövr ərzində Universitet müəl¬limlərinin və əməkdaşlarının əmək haqqlarında cüzi də olsa nə əlavələr, nə də artım¬lar olmuşdur. Universitet müəllimlərinin və əməkdaşlarının əmək haqqının in¬diki səviyyəsi əvvəlki rəhbərliyin əməyidir. Çox yaxşı bilirlər ki, yaxın ərtraflarına yüksək məvacib verməklə formalaşdırdıqları və hamının gözünə soxduqları əmək haqqının orta səviyyəsi universitet əməkdaşlarının rifahının göstəricisi deyildir və ola da bilməz.
Böyük türk şairi Tofiq Fikrət demişkən:»Haqqın da bükülməz qolu, dönməz üzü vardır». Artıq baş verən haqsızlıqlar və ədalətsizliklər universitet kollektivini hiddətə gətirib. Bu dünyada ədalət qədər böyük dəyəri olan heç nə yoxdur. Bəli, bunu dəyərsizləşdirənlər Allah qarşısında cavab verəcəklər. Artıq bıçaq sümüyə dirənib. Universitetdə baş verən belə haqsızlılar və ədalətsizliklər universitet əməkdaşlarını kəskin və kütləvi şəkildə addım atmasını labüd edir. Artıq düşünürük ki, kollekiv şəkildə Prezident İlham Əliyevə müraciət edək ki, bizi Ədalət muradovun ədalətsiz hərəkətindən xilas etsin, bu ali təhsil ocağına dünyəvi təfəkkürə malik bir kadr gətirilsin.
Hörmətlə,
ədalətsizliyə və haqsızlığa qarşı olan müəllimlər
«Təzadlar»dan: redaksiyamıza son günlər ADİU müəllimlərin etirazlarla dolu müraciətləri daxil olmaqdadır və az qala hər gün belə şikayətlər alırıq. Redaksiyamıza gələn müəllimlər də vardır. Onlara da məsləhət görmüşük ki, qanuni və əsaslı şikayətlərinizi ümumiləşdirib sənədlərlə, sübutlarla Prezident Administrasiyasına, Baş Prokurorluğa, Təhsil Nazirliyinə göndərin…
Rektor Ədalət Muradovun da məsələyə dair mö.vqeyini təqdim etməyə hazırıq…