Səlim Müslümovun "sağ əli" HƏBS OLUNUR - Keçmiş nazirin də başı ağrıyacaq
28-05-2018, 11:22
Bir neçə gün əvvəl Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) sensasion fakt üzə çıxıb. DİA.AZ xatırladır ki, bu barədə unukal.org-a daxil olan məlumatda bildirilir ki, Ə.Cəbiyevin Aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər.
Müsahibimiz deyib ki, ayrı-ayrı şəxsləri müvafiq vəzifələrə qoymaq vədi ilə onlardan külli miqdarda pul alıb: “Bildiyiniz kimi, Əjdər Ol sabiq nazir Səlim Müslümuvun ən yaxın adamı olub. O, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. Sahil Babayev nazir təyin olunan kimi Əjdər ola pul verənlər onu axtarmağa başladılar. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi vermişdi. Hətta elə adam olub ki, onda 56 min dollar pul alıb. Yeni nazir gələn günü səhəri pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını geri tələb ediblər. Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı. Bu səbəbdən də sabiq aparat rəhbərinə rüşvət verənlər pullarını geri almaq üçün evinə gedirlər”.
Bizi bilgiləndirən şəxs onu da deyib ki, vəzifə üçün pul verənlər hüquq-mühafizə orqanlarına şikayət etmək barədə düşünürlər.
DİA.AZ-a daxil olan son məlumatda isə vurğulanır ki, artıq Əjdər Olun həbs edilməsilə bağlı "yuxarılar" tərəfindən onay verilib. Mənbənin redaksiyamıza söylədikləri: "Dövlətin burada kiminsə nazınəı çəkəsi halı yoxdur. Çünki burada söhbət milyonlardan gedir. Əjdər Ol konkret olaraq nazirin adından 4 milon manatdan artıq vəsait toplayıb ki, bütün bunlar da məhz kadrların təyunatı prosesində baş verib".
Mənbə iddia edir ki, bütün bu faktlar müvafiq dövlət qurumları tərəfindən incələnir: "Yaxın vaxtlarda həbslər olacaq. Əjdər Ol da ittiham hədəfidir və bu işin keçmiş nazir Səlim Müslümova qədər uzanacağı şəkksizdir".
Əkavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...