''Salam taksi'' xidməti qanun tanımır - Sürücülər şikayət edir
30-05-2018, 00:31
Bu gün Bakunews.az-a daxil olan məlumata görə, *9933 taksi xidməti kimi tanınan şirkət tərəfindən dövlət büdcəsinə ödənilməli olan məbləğlər gizlədilməkdədir. Bu iddia elə bir neçə sürücü redaksiyamıza məlumat verib. Belə ki, sürücülər qeyd edir ki, əməkdaşlıq zamanı *9933 taksi xidməti göstərən şirkət rəhbərliyi tərəfindən razılaşa şifahi olaraq aparılmaqda heç bir müqavilə imzalanmamaqdadır. Bununla yanaşı isə şifahi razılaşmada 10% qeyd edilməsinə baxmayaraq şirkət 12-15% qədər məbləğ tutaraq onlardan sui-istifadə etməkdədir. Qeyd edək k, mlum olaraq şirkətlə əməkdaşlıq edən 9000 yaxın sürücünün olması qeyd edilməsi ilə yanaşı həmçinin şirkətin gündəlik 47.000 sifarişinində olmasını nəzərə alsaq ümummilikdə böyük məbləğin toplanmasına şahid olmaq mümkündür. Şirkət rəhbərliyinə şikayətə gedən bir qurup sürücülərin qarşısına çıxan, rəhbər şəxs isə etik davranış qaydalarını kobyd şəkildə pozaraq nalayiq ifadələr işlədərək onları qapıdan qovmasıda verilən məlumatlarda yer almaqdadır. Uzun məsafələri standart qiyməti olduğu halda şirkət rəhbərliyi və ya əməkdaşların yaxınlarına həmin maşrut xəti iki dəfə ucuz qiymətə təklif edilən sürücü atkaz etdikdə sürücüyə 1 azn cərimə yazılaraq balansa qoyduğu nəğd hesabdan silinməkdədir. Sürücülərin qanuni haqqlarını pozan şirkət əmələrindən geri çəkilmək fikrində olmadığı və cərimələr tətbiq edərək əhalini ayaqlanmaya vadar etməkdədir - desək yanılmarıq. Aidiyyatı orqanlara şikayət edən sürücülərə isə bir mənalı olaraq müştəri verilməsi qadağan edilir.
Məlumat verən sürücülər onuda qeyd edir ki, ödədikləri faizlərin (pulun) qəbzini tələb etmələrinə baxmayaraq onlara hər hansı qanuni sənəd təqdim edən yoxdur. Buda onların külli miqdarda vergidən yayındıqlarını deməyə vüsət verməkdədir. Şirkət rəhbəri müqaviləsiz işlətdiyi sürücülərin şikayətlərini dinləməkdən imtina etməkdədir - deyə məlumat verilir. Şirkət rəhbəri olan Seyid adı ilə tanınan bu şəxsin kimliyi hələdə media üçün qaranlıq olması ilə yanaşı sürücülərində onu tanımadığı qeyd edilir.
Amma bütün bunlara baxmayaraq KİV-nin qarşı tərəfə tanıdığı hüquqlarını əsas tutaraq yazıda adı keçən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.