Ermənilərinin qənimi olan “Dağ pişiyi”: Ermənilər ondan niyə qorxurdu?

20-11-2022, 12:53           
Ermənilərinin qənimi olan “Dağ pişiyi”:
TEREF.AZ yazır ki, ləqəbi (ayaması) – “Dağ pişiyi” olan bu şəxs barədə əfsanələr hələ də el arasında dolaşmaqdadır.

Arayış: MUSA ƏHMƏD OĞLU ƏLƏSGƏROV- 1888-ci ildə Bərmək (Quba xanlığı) mahalının Xızı kəndində anadan olub. Ailəsi 1900-cü ildə Bakıya köçüb.
1918-ci ildə türk ordusu Bakıya gələndə (sentyabr) Nuru Paşa “Dağ pişiyi”nə ermənilərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə yüzbaşı (leytenant) çini verilməsi haqqında fərman imzalayıb.
1920-ci ilin əvvəlində Nuru Paşanın dəvətilə Türkiyəyə gələrək, Ən-vər Paşaya təqdim edilib.

Burada onun şərəfinə düzənlənən ziyafətdə Ənvər Paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.

1934-cü ildə Türkiyədən Vətənə qayıdıb və az sonra Sumbat Topu-rudze tərəfindən həbs olunub.

1938-ci ildə cəzasını tam çəkdikdən sonra azadlığa buraxılıb.
Əmisi Məşədi Məlikin qızı Minaxanımla ailə qurmuşdu. Övladları olmayıb.
1956-cı ildə Bakıda vəfat edib.

Ötən əsrin əvvəllərində qoçu kimi ad-san qazanmış Dağlı Musanın Musa Nağıyevin mühafizə dəstəsində və Bakının tanınmış şəxsiyyət-ləri arasında xüsusi yeri olub. “Dağ pişiyi” haqqında danışarkən həm qoçuluğundan, həm də var-dövlətindən söz açmaq lazımdır. TEREF.AZ alp.az-a istinadən yazır ki, dağlı balası kasıb ailədə dünyaya gəldiyindən imkansızların acınacaqlı və-ziyyətinə sakit baxa bilmirdi. “Axı, niyə bizlər, türklər dura-dura ermənilər, ruslar, yadellilər torpağımızda ağalıq etsin, özümüzü qul təki işlədib var-yoxumuzu soyub aparsınlar”, – deyərdi.

Hələ yeniyetməliyindən Bakı qoçuları arasında ad çıxaran Musanın sözü qarşısında kimsə söz qoya bilməzdi. Onunla hətta Musa Nağıyev, Murtuza Muxtarov, İsa bəy Hacınski hesablaşır, məsləhətlərini dinləməkdən utanmırdılar. “Dağ pişiyi”nin ətrafında qardaşı Qurbanqulu, Əmizdərli Qoçu Baloğlan, İçərişəhərli Ələkbər, Pirşağılı Bədəl, Hilal Nağıyev, Dağlı Abbas, Malbaş Yusif, Arıq Sa-bir kimi say-seçmə igidlərdən ibarət bir dəstə toplanmışdı.

Səxavətli, əliaçıq, rəhmli bir adam kimi tanınan Musa ey-ni zamanda düşmənlərinə, erməni neftxudalarına, xüsusən də qoçularına qarşı son dərəcə amansız, barışmaz olub

Səxavətli, əliaçıq, rəhmli bir adam kimi tanınan Musa eyni zamanda düşmənlərinə, erməni neftxudalarına, xüsusən də qoçularına qarşı son dərəcə amansız, barışmaz olub. Dağlı balasının bu xasiyyətinə dövrünün bütün adlı-sanlı, vurub-tutan adamlarının hamısı yaxşı bə-ləd olduğundan, dediyindən dönməyən, ölümün gözünə də şax bax-mağı bacaran qoçuyla münasibətdə erməni neftxuda və qoçuları hə-mişə ehtiyatlı olmağa çalışardılar.

…1905-ci ilin axırlarında ermənilərlə münaqişə zamanı artıq bığ yeri tərləmiş Musa şəhərdə tanınmış qoçularla birlikdə gəzib-dolaşır, bir bəhanə axtarırdı ki, Tumanyanın dəstəsindən olan erməni bədəfkarlarla üzbəüz gəlsin…
Belə bir bəhanə dekabrın əvvəllərində ələ düşür. Parapet bağı qarşı-sındakı şərab dükanından çıxan bir dəstə erməni qarşı səkidən keçən iki müsəlmanı yaralayıb, ikisini də öldürərək qaçırlar. Həmin dəqiqə Quba meydanında müntəzir olur ki, bəs, bu dəstə üzvlərindən üçü qa-çaraq milyoner Tumanyanın malikanəsinə girdilər. Xəbəri eşidən dü-kançılar təşviş içində mağazalarını bağlayıb qaçmağa çalışırdılar. Qu-bernator bağı qarşısındakı imarəti nəzarətə götürən Musa qardaşı Qurbanqulunu orada qoyub Dağlı Abbas, Qaçaq Əliabbas, Hacıoğlu Qəmbər, Sarı Ağadadaş, Ağaoğlu Qəmbər və Əlibala Quliyevlə ermə-ni kəndi tərəfə yollanırlar.

Qəzetlər səhəri gün yazırdılar: “Ermənilər damlardan, balkonlardan və Parapetdəki kəlisanın həyətindən müsəlmanlara tərəf tüfəng atma-ğa başladılar. Atışma 30 dəqiqəyədək çəkdi. Bu vəqt müsəlman qoçu-lar ermənilərin bir neçə dükanına od vurdular. Bir neçə saətdən sonra cəmi erməni dükanları odlanmış, beş adam yanıb tələf olmuşdu.
Erməni qoçuların naqisliyini bilən Dağlı Abbas və Dağlı Musa Bi-nəqədili milyoner Səlimovgildəki qumar məclisində Aramyandan öy-rənmişdi və söz vermişdi ki, Nağıyev qaytarılarsa, əvəzində iki girov əsir də bunlar tərəfindən azadlığa buraxılacaq…

İstintaq vəqtində təsdiq olundu ki, dekabrın 3-dəki iğtişaş zamanı 6 nəfər müsəlman, 32 nəfər erməni qətl olundu, 18 nəfər müsəlman, 41 nəfər erməni yaralanıbdır və 14 dükan yanıbdır.

Fövqdə yazılan təqsirnaməni yazmaqda məqsədimiz, fəqət iğtişaş vəqtində bəzi yalançı xainlər tərəfindən yayılan fəsadəngiz iftira və böhtanları aşkar edib, həqiqəti meydana qoymaqdır.
Həmin illərdə Bakıda nəşr olunan qəzetlər hər gün kriminal olaylar-dan yazırdı…

Çox vaxt məqalələri Quba meydanındakı cızbızxanada Dağlı Abba-sın gimnaziyada oxuyan bibisi oğlu İnteligent Söhrab təmiz diksiya ilə oxuyardı.

Qarətə sui-qəsd:
“Dünən saət 12-də Parapetin qabağında brilyant-qızıl əşya satan Ağa-malının ( Dağlı Musanın qohumudur) mağazasına 3 nəfər müsəlləh naməlum şəxslər gəlib pul tələb etdikdə, mağaza sahibi tapança ilə qarətçilərin birini həmin mağazanın içində güllə ilə öldürdükdə, o bi-rilər qaçmışlar. Qaradovoyların azarxanaya apardıqları meyitin ermə-nikənddə yaşayan Aşot Baqdasaryan olduğu müəyyənləşib”…
… Qaradovoylar ilə atışma

Taqanroq şəhərinin sakini Volçenko bir neçə nəfər naməlum qarətçi-lər tərəfindən qarət olunduqda onun qışqırığına postdakı qaradovoy-lar gəlib qarətçiləri təqib etdikdə bunlar ilə atışma başlamışdır.
Bir qədər atışmadan sonra qarətçilərin biri yaralanıb həbs olunmuş-dur. Bu qarətçi erməni əsilli Minasyans Valeradır.

Balaxanıda qarət

Srağagün axşam saət 10-da Bakı dövlətlisi Purtinov əmələlərə məva-cib paylamaq üçün 7 yüz manat pul apardıqda “Masis” promıslasının qarşısından bir neçə nəfər müsəlləh bədəfkarlar hədə ilə faytonu sax-layıb pulları tələb etmişlər. Bu vəqt Purtinov heç məmaniyyət etmə-yib pulları təslim verib. Qarətçilər səlamət qaça bilməyiblər. Dağlı Musanın dəstəsilə atışmada qarətçilərdən ikisi yaralanaraq ələ keçib. Hər ikisi erməni millətindən olub ermənikənd sakinləridir.

Yanvarın 12-ci gecəsi Sığırlı mövqifinin yaxınlığında quldurlar tərə-findən Göyçay uyezdinin naçalnik müavini Paxomenkoya hücum olunub. Müavin faytonda kənd mirzəsi Cəfərov ilə mühafizəsiz gəlir-miş. Qaçaqlar ilə olan atışma əsnasında Cəfərov qətl olunub. Müavin Paxomenko yaxında olan stracnik postuna çatıb, oradan düzəltdiyi dəstələr ilə qaçaqları təqib edib. Müavin bir neçə adam tutub, onlar-dan üç ermənini faytonçu qaçaq deyərək tanıyıb.

Qukasova İsa bəy Hacınskinin məktubu

Bakının ən varlı adamlarından biri də İsa bəy Hacınski olub. Hadisə 1905-ci illərin əvvəllərində baş verib. Erməni-müsəlman davasının qızışmağa başladığı dövrdə məşhur Bakı milyonçularından biri ermə-ni Qukasovun göstərişi ilə milliyətcə azərbaycanlı olan altı milyonçu girov götürülərək indiki Opera teatrının binasındakı zirzəmiyə salı-nır. Qeyd etmək lazımdır ki, Bakı milyonçuları arasında milliyyətcə erməni olanları kifayət qədər çox olub. Bu danılmaz faktdır. Yuxarı-da adı çəkilən milyonçu isə Qukasov qardaşları kimi məşhur olan külli miqdarda kapital sahiblərindən böyüyüdür. Əslində, bu qardaş-ların məşhurlaşması elə həmin Qukasovun adı ilə bağlıydı. Onlar əsa-sən neftlə məşğul olurdular. Bakı-Batum neft kəməri onların nəzarə-tindəydi. Belə ki, yaradılmış “Neft Cəmiyyəti”nin rəhbəri məhz Qu-kasov idi. Ermənilər həm də balıqçılıqla da məşğul olurdular ki, bu sahə o dövr üçün çox gəlirli məşğuliyyət sayılırdı.

Qukasovun göstərişi ilə Opera və Balet teatrının binasına salınan mil-yonçular arasında Musa Nağıyev, Mövsüm Səlimov və başqaları da vardı. Mövsüm Səlimov Binəqədi mədənlərinin bir neçəsinin sahibi idi.
Ermənilərin bomba anbarını haqqında Dağlı Musa xəbər tutmuş və bu barədə İsa bəy Hacınskiyə məlumat vermişdi…

Bu xəbər şəhərdə möhkəm səs-küyə səbəb olur. Nağıyevin faytonçusu Musa xəbəri neftxudanın dostu İsa bəy Hacınskiyə çat-dırır. Bu böyük bir biabırçılıq idi. Erməni Bakıda şəhərin sayılıb-se-çilən adamlarını girov götürmüşdü. İsabəy Hacınski bərk qəzəblənir və Qukasova bir məktub yazır. Məktubun mətni belə idi. “Qukasov, sizin bu hərəkətinizi heç cür anlaya bilmirəm. Bu artıq heç bir ənda-zəyə sığmayan əməldir. Bakının havasını udursunuz, çörəyini yeyir-siniz, suyundan içirsiniz. Heç utanmırsınızmı, indi üstündə yaşayıb milyonlara sahib olduğunuz bir torpağın yiyələrinə qarşı belə alçaq-lıq törədirsiniz? Sizi xəbərdar edirəm. Əgər bu məktubu aldığınız vaxtdan etibarən bir saat ərzində o adamların hamısı azadlığa buraxıl-masa, torpağınızı torba ilə daşıtdıracam. Bircə saat vaxtınız var!”

Məktubu Nağıyevin mühafizəçisi və faytonçusu Dağlı Musa bir dəstə qoçu ilə birlikdə Qukasova çatdırandan heç bir saat keçməmiş mil-yonçuların altısı da azadlığa buraxılır. Erməni nə qədər özünə arxa-yın olsa da, hər halda İsa bəy Hacınskinin, Dağlı Musanın gücünə bə-ləd idi. Bilirdi ki, onların sözündən çıxmağı çox baha başa gələ bilər.
Milyonçuların girovdan azad edilməsi xəbəri bütün şəhərə yayılır. Musa İsa bəy Hacınskiyə Nağıyevi evlərinə çatdırdığı barədə məlu-mat verir. Artıq hər şeyin başa çatdığını, erməninin İsa bəyin hədəsin-dən çəkinərək dediyinə əməl etdiyini görsə də, “Dağ pişiyi” bu hadi-sənin bütün azərbaycanlıların adına böyük bir təhqir, rüsvayçılıq ol-duğnu deyirdi.

Erməni qoçular Xaçatur və Babken qoçu Levonun başçılığı ilə Ağa Musa Nağıyevi bir həftə öz bağ evində saxlayır… Yedirdib-içirir, nərd, kart oynayırlar və on min manat pul istəyirlər. Ağa Musa Nağı-yev deyir ki, mincə manat verə bilərəm, bir qəpik də artıq yoxumdur.
Nağıyev özü bu hadisəni belə əxz edib: “Nərd oynayıb qurtardıqdan sonra paxlalı plov yedik, ləvəngi gəldi, onu da nuş elədük. Əllərimizi yuyub çay içəndə qoçuların başçısı piştosunu çıxarıb on min manat tələb elədi. Dedim, mincə manat verərəm. Başladılar məni ölümlə təh-did etməgə ki, güllə ilə dolduraruq qarnuvu, bu saət on min vergi-nən… Dedim ki, atam-anam, vurun öldürün. Onda heç min də ala bil-məzsiniz, o da əlinizdən çıxar…”

Qəzetlər isə bu barədə belə yazırdılar: “Dekabrın 29-da gecə yarısına yaxın Musa Nağıyev cənabları məhəl hökuməti və qoçuların səyi və guşişi ilə onu aparan şəxslər tərəfindən buraxılıbdır. Təqib olunub, əhatəyə alınan bədəfkarlar Dağlı Musanın da burada olmasından ehtiyatlanaraq, özləri Musa Nağıyevi pul almamış sağ və salamət bu-raxıblar.

Musa Nağıyev cənablarının səlamət, pulsuz və qan tökülmədən qayıt-masının səbəbi məhəl hökumətinin və camaətin bu işdə göstərdikləri ciddiyyətli fəaliyyət işidir ki, bu dəfə gözəl nəticəyə bais oldu”.
Əslində isə məhəl hökumətinin bu işdə bir damcı da olsa, fəaliyyəti olmamışdı… Erməni qoçuların naqisliyini bilən Dağlı Abbas və Dağlı Musa Binəqədili milyoner Səlimovgildəki qumar məclisində Aram-yandan öyrənmişdi və söz vermişdi ki, Nağıyev qaytarılarsa, əvəzin-də iki girov əsir də bunlar tərəfindən azadlığa buraxılacaq… Qoçu Le-von iki əlaltısının buraxılması naminə doqquz mindən keçmişdi. Yoxsa, onun necə qaniçən olduğunu hamı yaxşı bilirdi.

Dağlı Abbas həqiqəti Əlibala Quliyevə çatdıranda müsəlman qoçuları məşvərət yığıncağı yaparaq bir nəfərin elçi kimi erməni Levonun ya-nına göndərilməsini qət edirlər.

Dağlı Musa ermənilərlə danışığa göndərilir və Levonun iki əlaltısı da əvvəldən onunla faytona oturdulur. Əslində, danışıqda Ağa Musa Nağıyevdən pul tələbi aradan götürülsə də, Levon milyonerin üstün-dəki min manatı almamış onu buraxmır.
Bu elə vaxtlar idi ki, məhəllədəkilərin hamısı Hacı Zeynalabdin Tağı-yevin həbsxanaya verdiyi dəyirmanına Nargin adasından dustaqları daşıdığından danışırdılar. Camaat dəstə-dəstə küçələrdə dayanıb gəti-rilən dustaqlara baxır, kimsə öz yaxınını, qohumunu görəndə bərkdən haraylayıb onunla bir neçə kəlmə danışır, dustağı ağlamağa vadar edirdi. Qaçaq Əliabbassı, Sarı Ağadadaşı da tutub dəyirman-türməyə salmışdılar. Əlibala Quliyevi isə bərk axtarırdılar.
Ermənilərin bomba anbarını haqqında Dağlı Musa xəbər tutmuş və bu barədə İsa bəy Hacınskiyə məlumat vermişdi…
Bir neçə gün sonra qəzetlər yazırdı:

“ Fevralın beşinci gecəsi 8-ci çastın pristavı İrlix tərəfindən silah və bomba anbarı kəşf olunub. Bir neçə gün bundan əqdəm pristav İrlixə məxfi xəbər yetişir ki, Torqovı küçədə silah və bomba anbarı var. Həman yerlərdə tərəssüd qoymaq vasitəsilə kapitan İrlix srağagün bi-lir ki, həman anbar Vatsaturovun Torqovı və Vokzalnı küçələrin küncündə olan evindədir. Fevralın 14-də gecə saət 4-də pristav İrlix qorodovoy ilə bahəm həman yerə gəlib axtarmağa şüru eləyir və mənzillərin birisində silah anbarı kəşf eləyir. Bu anbarda qırx min də-nə beşatılan və revolver patronu, “cəhənnəm maşinası”, bomba hazır-lamaq üçün hər növ ləvazimat və sairələri varmış.
BÖYÜK OĞURLUQ
Üç gün bundan əqdəm A.Q.Tomayevin Vakzalnı küçədə xüsusi mülkündə vaqe olub. Mənzilindən 50 min manatlıq gərdibəd, yüzüklər, brilyantlar oğurlanmışdır. Şeyləri erməni qoçu Sarkisin qohumu, qulluqçu Siranuş oğurlayıb qaçmışdır. Qulluqçunun pasportu qalmışsa da, məlum olmuşdur ki, saxtadır.

Dünən saət 12-də Musa Nağıyevin xəzinədarı Mir Kamal öz mühafizəçisi Musa ilə faytonda Telefonnı küçə ilə pul apardıqda bir neçə erməni qoçular faytona hücum edib, bir neçə güllə ataraq pulu qarət etmək istəmişlər.

Lakin məzkur mühafizəçi Musa həman hal pul çamadanını əlinə alıb tapança ilə hücumçuların üstünə yügürüb müdafiə etmişdir.
Atışma halında məzkur Mir Kamal başından yüngül yaralanmışdır. Erməni bədəfkarlardan ikisi ağır yaralanıb və azarxanaya aparılıb.

BOMBA PARTLAMASININ TƏFSİLATI

“Düşənbə günü dəmir yol xəzinədarı Vasili Timofeyeviç Kanayev dəmir yol mövqifinin xəzinəsindən dəmir yolunun məxsusi arabasında 22 min 500 manat vüsul olan pulu xəzinəyə apardıqda saət bir təmamə 25 dəqiqə qalmış Telefonnı və Kaspiyski küçələrin küncündə arabanın qabağına 2 bomba atılıb, biri artıq həyəcanlı səs ilə partlayıb, şəhərin aşağı hissəsini həyəcana saldı.
Ermənilər Bakıda böyük özbaşınalıq edirdilər.
Partlamış bombadan arabaçı, İrəvan quberniyasının əhli Sumbat Osayev qitə-qitə parçalanıb küçənin dört tərəfinə səpildi. Belə ki, məzkur şəxsin bədənindən fəqət başı, bir əli və ayaqları cəm oldu. Bundan başqa bomba parçalarından araba ilə gedən saldatlardan Pyotr Qurucan üzündən və qollarından yaralanıb bihiss halda düşüb və bir də qeyri-saldat bombanın səsindən kar olub ombasından yaralanmışdır. Bunlardan səvay bir stracnik, bir nəfər xəfiyyə Aleksandr Plavski bərk yaralanıb azarxanaya aparıldıqda ölmüşdür. Arabanın üstündə olan saldatlardan birisinin arabadan atıldıqda atdığı güllədən Karantinnı və Praçeşnı küçələrinin küncündə Melkumyan yaralanmışdır.
Bomba atıldıqdan sonra arabanın atları hürküb araba ilə qaçmağa başlamışdır.

Bu vəqt arabada olan dəmir yol qulluqçularından biri özünü itirməyib atları xəzinə qabağına çəkib pulları səlamət xəzinəyə vüsul etmişdir.
Atlar qaçdıqda Telefonnı və Bolşoy Morskoy küçələrinin küncündə bir neçə nəfər müsəlləh naməlum əşxas çıxıb arabanı atəşə duturlarsa da, lakin binəticə qalmışdır. Araba qaçdığı halda arabada səlamət qalan və sui-qəsdçilər ilə atışan saldatın dedigindən görünür ki, məzkur bədəfkarların birisini yaralamışsa da, lakin yoldaşları onu faytona götürüb qaçmışlar.
Məhəl hadisədə atılmamış stəkan şəklində bir bomba dəxi tapılmışdır. Hadisədən sonra məhəlli hökumət əzaları və müstəntiq nəzarəti gəlib lazımeyi-istintaq etmişlər.
Bombanın səsindən həman küçədə olan Avakovun evlərinin və Abramyansın mağazasının pəncərələri təmamən sınmışdır.
Arabanın yavuqluğu ilə gedən 551 nömrəli fayton Bolşoy Morskoy küçədə tutulmuşdur.

Cümə günü axşam hərbiyyə məhkəməsi şəhər dumasının zalında bir neçə vəqt bundan əqdəm bomba partladmaqda müttəhim olan Sarkisyan və Baqdasarovu asılmaq vasitəsilə edam cəzasına məhkum edib”.
Ermənilər Bakıda böyük özbaşınalıq edirdilər. Çox hiyləgərliklə törədilən oğurluq, quldurluq hadisələrini aça bilməyən şəhər polisi Quba meydanına gələrək, ələ keçən qoçuları yığışdırıb aparmışdı.
Ancaq həmin axşam yenə eyni dəstə başqa-başqa yerlərdə iki mağazaya basqın etmiş və sahibkarı ağır yaralayaraq aradan çıxmışdı.
Çox hiyləgərliklə törədilən oğurluq, quldurluq hadisələrini aça bilməyən şəhər polisi Quba meydanına gələrək, ələ keçən qoçuları yığışdırıb aparmışdı.

İki gün sonra xəstəxanada özünə gəlmiş zərərçəkən polis bədəfkarların erməni millətindən olduğunu və onları tanıdığını xəbər vermişdi.
Qəzetlər həmin hadisəni belə şərh edirdilər: “Bibiheybətdəki Maştağa kəndinin əhli İslam Əliyev Kərbəlayi Ağa Manafovun evindən dükanda olduğu halda axşam saət yeddidə üç nəfər erməni xəncər və tapançalarla müsəlləh surətdə dükana girib, “ruki verx” qışqıraraq dükanın xəzinəsini qarət ediblər. Dükandakılar onlara mane olmaq istərkən quldurlar hər iki müsəlmanı yaralayaraq qaçmışlar. Yaralılar bədəfkarlardan birisini tanımışlar. Bu, Vokzalnı küçədə sakin olan qoçu Babken idi.
Polis qorodovoyu göstərilən ünvana gedərkən bunlar arasında bərk atışma düşüb. Qorodovoyu ayağından yaralayan bədəfkarlar qaçmışlar. Bunlar barədə tədbir görülsə də, binəticə qalıbdır”.

Quba meydanında tutulan qoçular arasında Dağlı Abbas və malbaş Yusif də vardı. Polislər Abbası işgəncələrlə dindirmiş, ancaq boynuna heç nə qoya bilməmişdilər.

Azadlığa buraxılan Abbas Babkenin Vokzalnı küçədəki “Rozalina” restoranında gizləndiyini bilirmiş. O, Qurbanqulu ilə həm də priton kimi fəaliyyəti olan “Rozalina”dan çıxan Babkeni gülləyə bassalar da, çiynindən yaralanmış quldur aradan çıxa bilmişdi.
Hələ də axsayan Qurbanqulu onun ardınca qaçaraq:
– Qulluğunda qalsın köpək, onsuz da əlimdə öləcəksən, – deyə bağırırdı.
Ermənilərlə son atışmalar zamanı sinəsindən yaralanmış qoçu Mürsəl iki gündən sonra Musanın, Qurbanqulunun, Dağlı Abbasın əhatəsində gözlərini yumdu. İki güllə sinəsindən dəydiyindən onu yaxınlıqdakı evlərdən birinə aparıb, orada müalicəsini edirdilər.
Hər axşam Ağa Musa Nağıyev mühafizəçisini görməyə gəlirdi. – Atam, mən iki dəfə Mürsələ belə cığal işlərə baş qoşma deyə tapşırdım, çifayda, məhəl qoymadı sözlərimə. Musa, oğul, bunun tarixi oxunub, əgər qəfildən bir hadisə üz versə, çaparaq mənə xəbər eləginən, – deyib.
Qoçu Mürsəlin hüzr məclisinin xərcinin hamısını Ağa Musa çəkdi.
Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin ) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi.
1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi. Bu dövrdə Türkiyə Almaniya-Avstriya ittifaqına qoşuldu.

Türkiyənin hərbi naziri Ənvər paşa və daxili işlər naziri Tələt paşa Qafqazı rusların pəncəsindən qoparmaq istəyirdilər. Bu məqsədlə Qafqaza 60 türk zabiti göndərilmişdi. Türklər Qars və Batum tərəfdən Qafqaza girdilər. Bu cəbhədə üçüncü türk ordusunun üç ordu korpusu özünün 11 diviziyası ilə iştirak edirdi. Baş komandan Ənvər paşanın özü idi. Əsas zərbə Sarıqamış rayonuna endirilməli idi. Sarıqamış altındakı döyüşlərdə üçüncü türk ordusu rus qoşunları tərəfindən məğlub edildi. Doxsan min nəfərlik ordudan cəmi on min adam salamat qalmışdı.

Quba meydanında tutulan qoçular arasında Dağlı Abbas və malbaş Yusif də vardı. Polislər Abbası işgəncələrlə dindirmiş, ancaq boynuna heç nə qoya bilməmişdilər.

1916-cı ildə say etibarı ilə çoxluq təşkil edən rus qoşunları hücuma keçərək Ərzurumu və Trabzonu tutdular. Döyüşlər zamanı türklərdən çoxu əsir alınmışdı. Onlardan təxminən 600 nəfəri Bakı şəhəri yaxınlığındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı burada olduqca acınacaqlı idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Belə bir vəziyyətdə Murtuza Muxtarov, İsa bəy Hacınski, Malbaş Yusif, Məşədi Ələsgər, Dağlı Musa, Qocu Nəcəfqulu və başqa imkanlılar əsirlərə çox köməklik göstərmişdilər. Musa pulla onları rus soldatlarından satın almış, qaçırıb vətənlərinə yola salınmasını təşkil etmişdi.
Bəzən bir günə 10-12 əsir qaçırıldı. Zığ burnunda bağlanan qayığı dalğalar gecə qoparıb dənizin içərilərinə aparmışdı. Gündüz rus nəzarətçiləri bu qayığı tapmışdılar. Həmin gün rus qəzetləri xəbər verirdilər: “Bu gecə Nargin adasından 12 türk əsiri qaçmaq təşəbbüsündə bulmuş, fırtına isə qayığı çevirmiş, əsirlər boğulmuşlar”. Halbuki qaçırılan əsirlər “Cəmiyyəti Xeyriyyə” (“İslamiyyə”) binasında Musanın təşkil etdiyi qonaqlıqda istirahət etməkdə idilər.

Bakı zənginləri arasında mili mövqeyi ilə seçilən Murtuza Muxtarov da əsirlərin qaçırılması işində bilavasitə yaxından iştirak ediridi. Murtuza Muxtarov həbs düşərgəsinə gedərək əsirləri ölü adı ilə qaçırır, daşı kisələrə doldurub həmin “ölülər” ilə əvəzləyib dənizə atdırırmış. Dağlı Musanın Brilyant Ağakərimə söylədiklərindən məlum olur ki, 1917-ci ilin əvvəlindən sonunadək 200 nəfərdən artıq əsir zabit və əsgərin qaçırılması faktı öz əksini tapır.
Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 96 il əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəldi və Bakını erməni-daşnaq işğalından azad etdi. Amma paytaxtın işğaldan azad olunması tək türk əsgərlərinin adı ilə bağlı deyil. Bakının işğaldan azad edilməsində yenicə formalaşan Azərbaycan ordusunun, eləcə də Bakı qoçularının rolu çox böyük olub.

Bakını azad etmək uğrunda yalnız hərbçilər deyil, həm də Bakı qoçuları da mübarizəyə qalxmışdılar. 1918-ci ildə ermənilər Bakıya hücum edəndə, qoçu Nəcəfqulu, Malbaş Yusif, Şahpələng, Musa, Qurbanqulu öz vəsaitləri hesabına aldıqları xeyli silah-sursatı camaata paylayıb, müdafiə dəstələri yaradıblar, özləri də igidliklə döyüşüblər. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa onların bir neçəsini ordenlə təltif edib. 1920-ci ildə bolşeviklər tərəfindən həbs olunan qoçu Nəcəfqulu güllələnir. Onunla birgə ermənilərə qarşı vuruşan daha 11 Bakı qoçusu da ölüm hökmünə məruz qalır. Dağlı Musa isə Türkiyəyə yollana bilir.
Bəhram Çələbi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.