QƏZETÇİ... yoxsa FAN...

18-05-2023, 20:06           
QƏZETÇİ... yoxsa FAN...
Bir jurnalistin, əslində araşdırmaçı, təhlilçi olacaq birinin fana, yəni heyrana çevrilməsi qəribə prosesdir. Olmaz, demirəm, olar, olur da...
Amma... doğru olan odur ki, fan olduğunu dərk edən gündən gərək qəzetçi statusundan imtina etsin. Heç olmasa bir dəfə ictimai şəkildə desin ki, mən qəzetçi filan deyiləm, tərəfkeşəm, fanam, fanatam, öz fanatizmim var.
Əlbəttə, özünə qəzetçi, təhlilçi, şərhçi deyib, yəni özünü, sözünü dərk etməyib... fanlıq edən, tutduğu tərəfin təbliğatını aparan qəzetçilər də, şərhçilər də az deyil, həm Türkiyədə, həm Azərbaycanda.
Lakin, elələri ya bilmir, ya bilmək istəmir: toplum üzlərinə gülsə də onları nə qəzetçi, nə təhlilçi, nə də şərhçi sayır... ən yaxşı halda "filankəsin tərəfdarı" deyir adlarına... ən pis halda isə deyilənlər bəllidi...
Çox az sayda olsa da bizim ölkələrdə də tərəfsiz təhlilçilər, yəni əsil qəzetçilər, şərhçilər var... onlar peşəkarlardır. Hədləri bilənlərdir.
Tərəfdarlığı ilə təhlilçiliyi arasına səd çəkənlər də var... onlar da peşəkarlardır və sayları mütləq tərəfsizlərdən azdır.
Jurnalist, iqtidarın öz hüdudsuz imkanları ilə müxalifətin ünvanına tirajladığı şər-böhtanı yazılarına mənbə sayırsa...
və ya müxalifətin iqtidara yönəltdiyi iftiralara əsasən fikir yazır və prosesə baxışı belə mənbələrə əsasən formalaşırsa...
hər ötən gün qəzetçi adının üstünə daha bir xətt çəkir.
Əlbəttə, bu, bir peşəkarlıq və vicdan kuralıdır... amma peşəkarlığın və vicdanın dəyər verilmədiyi yerlərdə qəzetçilik, elə şərhçilik də fan həyasızlığına dönür...
Və dönmüş...
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.