Ağaoğlular

7-08-2023, 09:54           
Ağaoğlular
Bu bizik.?!
Bu gün Türkiyənin dövlət xadimi, üç dəfə Böyük Millət Məclisinə deputat seçilməklə baş nazirin müavini olmuş yazıçı -publisist Səməd bəy Ağaoğlunun vəfat etdiyi gündür. Cəməd bəy Ağaoğlu atasının adına layiq olmaqla Türkiyənin indi də hörmətlə, ehtiramla andığı Tezər Taşkıranın, Sürəyya Ağaoğlunun, Gültəkin Ağaoğlunun siyasətçi qardaşıdır.

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. O da siyasi baxışlarına görə bir müddət həbsdə yatmışdır: 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır.

Səməd bəy 1967-ci ildə doğma yurdu Azərbaycanda da səfərdə olub. Sovetlərin məmurlarının , ziyalılarının iştirakı ilə ata yurdu Qarabağa yollanıb Şuşanı, atası Əhməd bəy Ağaoğlunun evini ziyarət edib, dədə-baba qohumları ilə görüşüb onlara qonaq olub. Və sovet Azərbaycanından dönəndən sonra isə "Sovet Rusiyası imperatorluğu" kitabını yazıb çap etdirir.

Səməd bəyin atası Əhməd bəy Ağaoğludan bəhs edən "Atamı xatırlarkən" və "Atamın dostları" adlı kitabları isə təkcə XX əsrdə Azərbaycanda yaşayan aydınlar barədə yox, həm də türk dünyasının və Türkiyə Cümhuriyyətinin siyasi xadimləri, fikir adamları haqqında dəyərli mənbə sayılır.

Tez -tez deyərdi: "Siyasi həyat dünyanın hər yerində odlu köynəkdir ! Xüsusilə Şərqdə! Hər özündən deyən igid siyasət deyilən bu dəli köhlən atın üstündə duruş gətirə bilməz..." Məncə O, duruş gətirə bildi...
...Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında dünyasını dəyişmişdir.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.