Çingizxan nəslinin sonuncu rəsmi nümayəndəsi - 37-ci ildə güllələndi...
8-08-2023, 11:08
Çingizxan nəslinin sonuncu rəsmi nümayəndəsi, Monqolustan kraliçası Qenenpil xatan. Stalin represiyaları qurbanı olaraq 1937-ci ildə həbs olunmuş, 1938-ci ilin may ayında hamilə olması nəzərə alınmayaraq 33 yaşında edam olunmuşdur. Arxivlərə görə həbs zamanı fiziki-mənəvi işgəncələrə, zorlanmalara məruz qalan xatan Yaponiya ilə iş birliyində, xalqı Sovet hakimiyyətinə qarşı qiyama hazırlama ittihamlarına məcburi imza atmışdır. Ölümündən 22 il sonra Xruşşov tərəfindən bəraət almış, tək günahı xan qanı daşıması olduğu üzə çıxmışdır. "Böyük terror" dövrü adlanan kütləvi repressiyalar zamanı 2 ildə Monqolustan əhalisinin 6%-i edam olunmuş, ölkə köklü zadəgan nəsillərdən tamamən təmizlənmişdir. Tomris Xatun Teref.az