Baburun qızılbaşları vətənə göndərməsi xətası: Səfəvi - Teymuri əlaqələri

18-11-2023, 08:04           
Baburun qızılbaşları vətənə göndərməsi xətası:
«Səfəvilər bir çox cəhətdən Xorasanda Heratdakı Teymuri sarayının bənzərsiz sənət (memarlıq və xəttatlıq) ənənəsini miras aldılar.
[Sultan] Hüseyn Bayqaranın ölümündən iki il sonra 1507-ci ildə Özbəklər Xorasanı işğal edərək qollarını yelləyərək Herata daxil oldular. Üç il sonra 1510-cu ildə Mərv döyüşündə özbək ordusunu darmadağın edən Şah İsmayıl Xorasanı Səfəvi imperiyasına birləşdirdi. Təbriz Şah İsmayılın paytaxtı olsa da, Herat imperiyanın ikinci mühüm şəhəri edilib və Səltənət vəliəhdi varisi burada yerləşdirildi.
Şah [İsmayıl] beləliklə Heratın [Teymurilərin] sənət ənənələrini miras aldı. İsmayılın ilk gördüyü işlərdən biri [Kəmaləddin] Behzadı özü ilə Təbrizə aparmaq oldu. Behzad bir neçə il əvvəl Heratdan qaçan bir qrup Rəssama başçılıq edərək Təbrizdə Rəssamlıq məktəbini yaratdı. Behzad 1522-ci ildə Şah İsmayıl tərəfindən Saray Kitabxanasının müdiri /Hafizi-kütübü təyin edildi.
İsmayıl 1511-ci ildə özbəklər tərəfindən taxtdan salınan Teymuri bəyi Zahirəddin Babur'un Maveraünnəhirdəki torpaqlarını geri almasına kömək etmək üçün Səmərqəndə hücum etdi. Babur bu yardımın müqabilində İsmayılın adına sikkələr zərb etməyə və onun adına xütbələrin oxunmasına razı oldu.
İsmayılın göndərdiyi qüvvələrin (Qızılbaşların) dəstəyi ilə Babur 1511-ci ilin oktyabrında Səmərqəndi, qısa bir müddət sonra isə Buxaranı ələ keçirdi. Bununla belə, Baburun Səfəvi qüvvələrini vətənə göndərməsi böyük səhv oldu. Özbəklər 1512-ci ilin mayında qayıtdılar. Babur Buxaradan qaçmağa məcbur oldu və sonda Şademan Hisarı'nda (qalasında) Özbəklər tərəfindən tələyə düşdü. İsmayıl Baburu xilas etmək üçün Vəkil Yar Əhməd İsfahaninin komandanlığı ilə böyük bir qoşun göndərdi.»
Britaniyalı tarixçi Professor Roger Savory, "Səfəvilər dövründe İran"
Vahid İbayev
Milli Kimlik
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.