Professor tələbələrdən birini dərsi danışmaq üçün yazı taxtasının önünə çağırır.

26-02-2025, 12:16           
Professor tələbələrdən birini dərsi danışmaq üçün yazı taxtasının önünə çağırır.
Mövzunu yaxşı mənimsəmiş tələbə özünə arxayındır. Dərsi danışmağa başlayır. Sonra professor tələbədən masanın üstünə çıxmasını istəyir. "Davamını oradan danış" deyir. Masanın üstünə bir taburet qoyur. Gənc oğlan dərsi indi bu taburetin üstündən danışmalıdır.
Tələbə masanın üzərindəki taburetə çıxanda dərs danışmaq ikinci plana keçir. İndi əsas məsələ müvazinəti qoruyub, yüksəklikdən yıxılmamaqdır. Ayaqları əsə-əsə, çətinliklə də olsa tarazlığı saxlayır, ancaq dərsi başdakı kimi səlist izah edə bilmir. Rabitəsiz cümlələr qurub, “hətərən-pətərən” danışmağa başlayır.
Professor dərsi bu sözlərlə bitirir: “İnsan yüksəyə çıxdıqca söylədiklərində məntiq zəifləyir, ağzından cəfəngiyyat tökülür, səfeh şeylər danışır. Çünki insan beyni birinci yerə fikir və düşüncəni deyil, yerə düşməmə instiktini çıxarır. Özünü yüksəkdə görənlərin sarsaqlaması da bu səbəbdəndir”.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru