Məşhur jurnalist Qoşqar Təhməzlini rüşvətxorluqda ittiham etdi - FOTOFAKT

11-03-2019, 07:48           
Məşhur jurnalist Qoşqar Təhməzlini rüşvətxorluqda ittiham etdi - FOTOFAKT
Teref.az yazır ki, jurnalist E. Fətullayev statusunda AQTA -nın rəhbəri Qoşqar Təhməzlini rüşvətxorlıqda , AQTA-nı isə Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı olmasında ittiham etdi.. Teref.az olaraq E. Fətullayevin statusunu təqdim edirik:
"Eynulla Fatullayev
1 ч. ·
Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.
Hər səhər, təxminən saat 5.00-dan - 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur... Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir.
Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı."


Teref.az olaraq ittiham olunan tərəfi dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.